خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 14, 2018 Xəbər kodu : 32586
Ayətullah Qərəhi
Allahdan daha çox qorxan Ona daha yaxındır
Şəbistan xəbər agentliyi: Ayətullah Qərəhi dedi: Allahdan daha çox qorxan Ona daha yaxın, daha çox əmniyyətdə və aramlıqdadır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İmam Mehdi (əc) elmi mədrəsəsinin təsisçisi Ayətullah Ruhullah Qərəhi Bəhmən ayının iyirmi üçündə İmam Mehdi (əc) məscidində keçirilən əxlaq dərsində dedi: Dünyanın təqvalı insanlarının xüsusiyyətlərindən bir budur ki, Allahın yaxınlığından uzaq düşməkdən çox qorxurlar.

O, qeyd etdi ki, namaz möminin Allaha yaxınlaşması üçün meracdır. Allaha eşq bəsləyən şəxs Allahın onu qəbul etməyəcəyindən qorxur. Buna görə də öz əməllərinə nəzarət edir.

O, qorxu və ümid məsələsinin əhəmiyyətinə işarə edərək dedi: qorxu və ümidin xeyirlərindən biri budur ki, insanı ilahi göstərişlərə əməl etməyə vadar edir ki, bu da onun Allaha yaxınlaşmasına səbəb olur.

O, Peyğəmbərin (s) hədisinə işarə edərək dedi ki, Peyğəmbər (s) buyurdu: Sizin Allahdan ən çox qorxanınız mənəm. Aşiqlər Allahla xəlvətdə danışmağı sevirlər. Bu barədə şöhrət qazanmağı sevmirlər. Çünki belə olduğu surətdə Allahla xəlvətdə danışmaqları azalacaq.

O, əlavə etdi ki, Allahdan daha çox qorxan Ona daha yaxın olacaq. Hər bir şəxs qorxduğu şeydən qaçar. Amma Allahdan qorxan hər bir şəxs Ona tərəf qaçar.

Bəyənilmiş qorxunun xüsusiyyəti budur ki, insanın daxilində əmniyyət və aramlıq yaradır. Amma düşməndən qorxmaq insanın əmniyyətini əlindən alır.

O xatırlatdı ki, aqibətin xeyirli olmamasından qorxmaq bəyənilən qorxudur. Tövbə edib günaha tərəf qayıtmayan şəxs bununla belə qorxu və ümidə sahib olduğu üçün dünyadan köçdüyü zaman ilahi öçliyaların məqamını ona verərlər.http://www.shabestan.ir/detail/News/689402

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده