خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 14, 2018 Xəbər kodu : 32585
Höccətül-islam vəl-müslimin Ələvi Tehrani
Yəqin tapan şəxs günah etməyəcək
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Allahın əzəmətinə yəqin tapan şəxs qəti olaraq Ondan qorxusu olacaq və günah etməyəcək.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Ələvi Tehrani Cümə günü Ayətullah Ələvi hüseyniyyəsində keçirilən əxlaq dərsində çıxış edərək dedi: Allaha iman gətirmək Onun göstərişlərinə təslim olacaq və əməl edəcəkdir.

O, əlavə etdi ki, təslim olmaq tövhidin bir mərtəbəsidir ki, bəndə yalnız Allahı sevməli, hökumətdə, qanunvericilikdə, qorxu və ümid bəsləməkdə, təvəkkül, dua, yardım diləmək, itaət və ibadətdə yalnız və yazlnız Allahı nəzərə almalıdır. Bu cür təslim olmaq yəqindir. O, qeyd etdi ki, yəqin təslim olmağın ardından yaranar. Adətən, bizim güclü zənnimiz vardır. Yəni bizim imanımız şübhə ilə üzləşməyənə qədər davam tapar. İmam Əlinin (ə) yəqinlə dolu bir qəlbə sahib olan şəxs necə böyük səadətə sahibdir hədisinə istinad edərək dedi: İmam Rza (ə) buyurur: Bəndələr arasında bölünmüş ən az şey yəqindir. Hamımız sahib olduğumuz maarifə yəqin tapmaq üçün çalışmalıyıq. Allahın bizim üçün təqdir etdiklərindən başqa heç bir şey bizə yetişməz.

O, bəyan etdi ki, çox önəmlidir ki, insan onun üçün təqdir olunmuş məsələlərə razı olsun. Qüdsi hədisdə Peyğəmbər (s) buyurmuşdur ki, Allah bəndəsi yəqin mərtəbəsinə yetişdiyi zaman həyatının çətinlik ya rahatlıq içində olmasının əhəmiyyəti yoxdur.

O, bildirdi ki, Allahın əzəmətinə yəqin tapan şəxs qəti olaraq Ondan qorxusu olacaq və günah etməyəcək.http://www.shabestan.ir/detail/News/689809

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده