خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 14, 2018 Xəbər kodu : 32581

ABŞ Milli Kəşfiyyatının rəhbəri: Suriya müxalifəti Əsədi devirə bilməyəcək
Milli Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyanın 2016-cı ildə İranı S-300 ZRK ilə təchiz etməsinin Havadan Müdafiə sisteminin daha da inkişaf etdirməsinə səsəb olduğunu bildirib.

Suriyada müxalif qüvvələr prezident Bəşər Əsədi artıq devirmə iqtidarında deyillər. FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə  ABŞ  Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bəyan edib.

 

«Suriya müxalifəti, belə görünür, daha prezident Bəşər Əsədi devirə bilməyəcək. Qiyamçılarda ola bilsin ki, münaqişənin daha bir il davam etməsi üçün resurslar var», - deyə o bildirib.

 

Qeyd edək ki, Senatın kəşfiyyat üzrə  xüsusi  komitəsinin  dinləmələrində çıxış edən Kouts həmçinin İran mözusuna toxunub və bəyan edib ki, İİR Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir, hansı ki, sərhədin 2 min km-də olan hədəfləri vura bilmə qabiliyyətinə malikdir.

 

Onun sözlərinə görə, İİR silah sistemlərini hazırlamağa və daha da yaxşılaşdırmağa davam edir: «Bu silahların arasında  pilotsuz təyyarələr, dəniz minaları, uzaq məsafədən idarə olunan və partlayıcı quraşdırılan katerlər, torpedalarla təchiz olunan sualtı qayıqlar, gəmiəleyhinə qanadlı raketlər və yerdə bazalanmış qanadlı raketlər var».

 

Milli Kəşfiyyat İdarəsinin rəhbəri  Rusiyanın 2016-cı ildə İranı S-300 ZRK ilə təchiz etməsinin  Havadan Müdafiə  sisteminin daha da inkişaf etdirməsinə səsəb olduğunu bildirib. 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده