خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 14, 2018 Xəbər kodu : 32579

“Quran şəhərcikləri”; minlərlə məktəblini cəzb etməyin “İndoneziya təcrübəsi”
Şəbistan Xəbər Agentliyi: Sayca ən çox müsəlman yaşayan ölkədə “Quran şəhərcikləri” adı ilə fəaliyyət göstərən dini və dünyəvi elmlərin tədris edildiyi məktəblərin və ibtidai təhsil ocaqlarının sayı hər gün çoxalır.

 

Şəbistan Xəbər Agentliyi “alkhaleejonline”ya istinadən xəbər verir ki, İndoneziyada ölkədə “Quran şəhərcikləri” adı ilə fəaliyyət göstərən dini və dünyəvi elmlərin tədris edildiyi məktəblərin və ibtidai təhsil ocaqlarının sayı hər gün çoxalır.

 

Bu məktəb və mədrəsələr xeyriyyəçilərin maddi və mənəvi dəstəkləri ilə işə başlayıb və bu gün geniş yayılıb və elm öyrənmək istəyən azyaşlılar tərəfindən izdihamlı qarşılanıb.

 

İndoneziyanın Cava və Sumatra adalarının on regionunda “Quran şəhərciyi” fəaliyyət göstərir. Bu məktəblərdə 5 min nəfər şagird təhsil alır.

 

Bu məktəblərin şagirdlərinin çoxunu kasıb ailələrin uşaqları və yetimlər təşkil edir. Buna görə də bu mədrəsələrin idarə edilməsi xərcləri bu işə könüllü kömək edənlərin və xeyriyyəçi insanların vasitəsi ilə öhdələnir.

 

“Quran şəhərciyi” məktəblərində Quran hifzi, qiraət, təcvid, təfsir, İngilis dili, Ərəb dili, Riyaziyyat və s... dərslər tədris edilir. Müəllimlər isə Yəmən, Misir və Suriya kimi Ərəb ölkələrindən dəvət edilirlər.

 

Əhməd Cəmil – İndoneziyanın Tangirang şəhərinin Quran şəhərciyinin məsulu, bu barədə deyir: İbtidai siniflər üçün şəhərcikdə yaşamaq icbari deyil. Amma sonrakı mərhələlərdə şagirdlər şəhərcikdə yaşamalıdırlar. 

 

O, bəzi əsas elmlərin İngilis dilində tədris edildiyini vurğulayaraq əlavə etdi: Biz bu mədrəsələrin məzunlarının sonrakı taleyi ilə də maraqlanırıq. Onlarda akademik təhsil kurslarında da qabaqcıldırlar. (Xəbərdə Beynəlxalq Quran Xəbər Agentliyinin tərcüməsindən yararlanılmışdır.)

 

http://shabestan.ir/detail/News/689413

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده