خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 14, 2018 Xəbər kodu : 32578

Ottavada “Peyğəmbərə (s) məktublar” sərgisi təşkil ediləcək
Şəbistan Xəbər Agentliyi: Bu sərginin keçirilmə hədəfi müsəlmanların Həzrət Məhəmmədə (s) ülvi hislərinə və sevgilərini göstərməkdir.

 

Şəbistan Xəbər Agentliyi “muslimlink xəbər portalına istinadən xəbər verir ki, Kanadanın paytaxtı Ottava (Ottawa) şəhərinin “ər-Rövzə” məscidi müsəlmanların Həzrət Məhəmmədə (s) sevgilərini göstərmək üçün “İslam peyğəmbərinə (s) məktublar” sərgisinə evsahibliyi edəcəkdir.

 

Hər ildə bir dəfə keçirilən bu sərgi cari həftənin Cümə günü, Fevral ayının 16-da, yerli vaxtla gecə saat 19:00-dan 22:00-dək “Rövzə Təlim Müəssisəsi”nin təşkilatçılığı və “İslam Peyğəmbərinə (s) ən yaxşı məktub” yarışı ilə keçiriləcəkdir.

 

Bu sərginin keçirilmə hədəfi müsəlmanların Həzrət Məhəmmədə (s) ülvi hislərinə və sevgilərini göstərməkdir.

 

“Rövzə Təlim Müəssisəsi” 2016-cı ildə Kanadanın Ottava şəhərində İslam peyğəmbərinin əxlaqi sirəsini (s) və İslam dininin maarifini təlim məqsədi ilə təsis edilmişdir.

 

Bu müəssisə hər həftə Ərəb, İngilis və Fransız dillərində İslam maarifi təlim kursları, alimlərlə görüş və moziə məclisləri təşkil edir.

 

Xatırladaq ki, Ottava, Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir.

 

Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur.

 

http://shabestan.ir/detail/News/689311

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده