خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 13, 2018 Xəbər kodu : 32573

Ayətullah Xamenei həzrətləri əfv fərmanı imzaladı
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbər Həzrət Ayətullahul - üzma Seyid Əli Xamenei bir qrup məhkumun əfvi və cəzasının azaldılması ilə razılaşıblar.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Dini Rəhbər bir qrup məhkumun əfvi və cəzasının azaldılması ilə razılaşıblar.

 

 

Əzəmətli İslam İnqilabı qələbəsinin ildönümü günü münasibətilə Həzrət Ayətullahul - üzma Seyid Əli Xamenei ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət sanksiyaları təşkilatı məhkumlarından 565 nəfərin cəzasının azaldılması ilə razılaşıblar.

 

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadeq Amoli-Laricani İslam İnqilabı qələbəsinin ildönümü günü münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı bir məktubda əlaqədar komissiyada şəraitə uyğun hesab edilmiş 565 məhkumun əfvi və ya cəzasının azaldılması, yaxud da dəyişdirilməsi təklifini vermişdi ki, Həzrət Ayətullahuluzma Xamenei bu təkliflə razılaşıblar.

 

1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn xalq inqilabı baş verdi. İnqilab nəticəsində İranda Ayətullah Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilmişdir. İranda şəriət üsulu ilə idarə olunan bir rejimin yaradılmasının ən çox ruhanillər tələb edirdilər.

 

http://shabestan.ir/detail/News/689465

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده