خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 13, 2018 Xəbər kodu : 32572
Ayətullahul-üzma Seyid Əli Xamenei:
“İslam Cümhuriyyətində şiə və sünni ən çətin meydanlarda yanaşı dayanırlar”
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbər: İran İslam Respublikasında şiə və sünni qardaşlar ən çətin meydanlarda bir-birilərinin yanındadırlar.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Sistan və Bəlucistan şəhidləri konqresinin rəsmiləri ilə keçirdiyi görüşdən çıxışı dərc olunub.

 

Ayətullahul-üzma Seyid Əli Xameneinin 5 fevral 2018-ci il tarixində Sistan və Bəlucistan şəhidləri konqresinin rəsmiləri ilə keçirdiyi görüşdəki çıxışında belə danışıb:

 

"Müxtəlif əyalətlərdə şəhidlərin əzəmətli və görkəmli bir şəkildə yad edilməsi ilə təqdir edilməsi olduqca lazımlı və faydalı bir işdir. Xüsusilə Sistan və Bəlucistan əyalətinin müxtəlif kəsimlərinin toplaşaraq, bu məzlum bölgənin malik olduğu şəhidlərini təqdir etməsi isə, hesab edirəm ki, çox cəlbedici və yaxşı bir işdir.

 

Bunun mənim üçün cəlbedici olması müxtəlif səbəblərə əsaslanır. İlk səbəb isə, mənim şəxsən bu əyaləti sevdiyimdən irəli gəlir. Çünki, bir müddət orada məskunlaşmışdıq, təbii ki, bu elə də uzun davam etmədi. Ancaq Allahın yaratdığı şəraitdən istifadə edərək, bölgə sakinləri ilə sanki uzun illər yaşamış kimi bir yaxınlığa malik olduq. Xüsusilə sakini olduğum İranşəhr şəhəri o qədər maraqlı idi ki, eyni tarixlərdə vəfat edəcəyim təqdirdə, bu şəhərdə dəfn edilməli olduğumu vəsiyyət etmişdim.

 

Bölgədə olduğumuz müddətdə, adi bir dövlət məmuru da olsa, vilayətin siyasi və coğrafi mərkəzi olan İranşəhrə ayaq basmamışdı. İslam inqilabının zəfərindən sonra prezidentlər bu vilayəti ziyarət etdilər, bütün hakimiyyət orqanları oraya baş çəkdi və hər bir tərəfindəki şəhər və kəndliləri də ziyarət etdilər. Qədimdən bu vilayətə həmişə laqeydlik olunurdu. Bu xalq sevgi istəyir və böyük Allahımız da bu sevgini bizim ürəklərimizə yerləşdirdi. Əlbəttə, Sistan və Bəlucistan üçün böyük işlər görülmüşdür, ancaq hörmətli vilayət başçımızdan bunlarla kifayətlənməyib, daha artığını etmələrini istəyirəm.

 

Bu istiqamətdəki ikinci səbəb isə, bu əyalətin İslami birlik şüarının rəmzi olmasıdır. Kürdüstan və Türkmən səhra zonaları kimi, Sistan və Bəlucistanda da sünnilərlə şiələr birlikdə yaşayır. Düşmən isə elə bu məsələyə istiqamətlənərək, ixtilaf yaratmaq istəyir. Bu həqiqi birliyi aşkara çıxarmaq isə, çox mühümdür və bu istiqamətdə müxtəlif mədəni işlər görülməlidir. Çünki hər kəs, İslam Respublikasında şiə ilə sünninin ən çətin meydanlarda da yanaşı dayandığını bilməlidir.

 

Hər kəs şəhidlərin təqdir edilməsi üçün əməkdaşlıq etməlidir. Şiə ilə sünni ayrılığı edilmədən hamı buna qoşulmalıdır. Mən bu şəhidlərin bəzilərini yaxından tanıyırdım, bəzilərinin də yazılarla kitablarda keçmişini oxudum. Lakin hər formada bu görkəmli şəhidləri tanıdaraq cəmiyyətdə tanınmalarını təmin etməlisiniz. Allahdan hamınızın bu yolda müvəffəqiyyətə çatmağı diləyirəm”.

 

http://shabestan.ir/detail/News/689384

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده