خبرگزاری شبستان

چهارشنبه ۵ اردیبهشت ۱۳۹۷

الأربعاء ١٠ شعبان ١٤٣٩

Wednesday, April 25, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, February 13, 2018 Xəbər kodu : 32571

Məhdəviyyət haqda dörd cild “Məhdəviyyət dərsliyi” kitabı çap olundu
Şəbistan xəbər agentliyi: Dünyada Məhdəviyyətə aid olan bəhslərin əhatəli olması və bu sahədə dəyərli bir dərslik olmadığına görə Həzrət Mehdi mövud (ə) və İxtisaslaşmış Məhdəviyyət mərkəzi tərəfdən dörd cilddə “Məhdəviyyət dərsliyi” kitabı çap olundu.

 Şəbistan xəbər agentliyinin İxtisaslaşmış Məhdəviyyət mərkəzinə istinadən verdiyi xəbərə əsasən İranda İmam Xomeyninin rəhbərliyi altında baş ver İslam inqilabı hazırkı əsrimizdəki təfəkkür və ideyalarda tufan yaratdı. Keçmişdən və Aşura inqilabından, eləcə də İmam Zamanın (ə) dünyəvi inqilabından ilham alan bu inqilab dünyadakı ideologiyaları tam gücü ilə atl-üst etdi və onların qarşısında yeni aspirasiyalar qoydu.

 Bu hadisənin nəticəsi bu oldu ki, Məhdəviyyət mövzusuna, dini biliklərə və digər İlahi dinlərin təlimlərinə dünya səviyyəsində diqqət artdı. Bu diqqət sözügedən təlimlərin yenidən açıqlanmasına və tanıdılmasına ehtiyac yaratdı.

 Əhli-beyt (ə) məktəbinin böyük alimləri bu sahədə tam gücü sərf etsə də və dəyəri və təqdirə layiq əsərlər yazsa da yenə də bu sahədə çalışma və bu mövzuların aktuallaşmasına ehtiyac vardır.

 Bu mövzu mahiyyətinin tələblərinə görə qaranlıq məqamlara malikdir. Bu məqamların bəzisi İmam Zamanın (ə) dünyəvi qiyamına qədər açıqlan-mayacaq. Bu gün əlimizdəki elmi informasiya kifayət deyil.

 Məhdəviyyət ideologiyası böyük bir inancdır və onun kökü tarixin dərinliklərinə gedib çıxır. Bu ideologiyanın dinamik cərəyanı dinlər, məzhəblər və bəşər sivilizasiyalarında kifayət qədər informasiya, əsfanə və təxəyyül yaratmışdır. Bu sahədə haqqı batildən ayırmaq  hədsiz dərəcədə zəruridir.

Dünyada Məhdəviyyətə aid olan bəhslərin əhatəli olması və bu sahədə dəyərli bir dərslik  olmadığına görə Həzrət Mehdi mövud (ə) və İxtisaslaşmış Məhdəviyyət mərkəzi tərəfdən dörd cilddə “Məhdəviyyət dərsliyi” kitabı çap olundu.

http://shabestan.ir/detail/News/689441

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده