خبرگزاری شبستان

جمعه ۳۱ فروردین ۱۳۹۷

الجمعة ٥ شعبان ١٤٣٩

Friday, April 20, 2018

Servis xəbərlərinin titri

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin təbliğ işləri üzrə müavini:

Ölkənin müxtəlif bölgələrinə üç yüz Məhdəviyyət mütəxəssisi göndərildi

Şəbistan xəbər agentliyi: Nəsuri İxtisaslaşmış Məhdəviyyət mərkəzinin İmam Zamanın (ə) təvəllüdü günlərindəki proqramlarını elan edərək, bildirdi: Ölkənin müxtəlif bölgələrinə və digər dövlətlərə təbliğatçı göndərmək, milli televiziyada yayımlanmaq üçün bəzi filimlərin hazırlaması və bayram proqramları üçün mütəxəssislərin dəvəti bu mərkəzin proqramlarındandır.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 13, 2018 Xəbər kodu : 32570
Beynəlxalq Məhdəviyyət doktorinasının on dördüncü konfransının katibliyinin müdirinin Şəbistanla müsahibəsi:
Beynəlxalq Məhdəviyyət doktorinasının on dördüncü konfransının iclas öncəsi dəyirmi masaları 24-fevralda başlanır
Şəbistan xəbər agentliyi: Höccətül-islam Hüseynpur Beynəlxalq Məhdəviyyət doktorinasının on dördüncü konfransının İslam məzbəhlərinin yaxınlaşması mövzusunu əsas tutduğunu bildirərək, dedi: Məqalələrin son göndərilmə vaxtı 15-mart tarixidir. Konfrans Qum şəhərində alimlərin və müctəhidlərin iştirakı ilə may ayında keçiriləcək.

Beynəlxalq Məhdəviyyət doktorinasının on dördüncü konfransının katibliyinin müdiri Höccətül-islam Mehdi Hüseynpur  Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinə verdiyi müsahibədə konfransın may ayında keçiriləcəyi ilə əlaqədar dedi: Beynəlxalq Məhdəviyyət doktorinasının on dördüncü konfransı may ayında “Məhdəviyyət, bütün İslam məzhəblərinin əsas mövzusu” adı ilə may ayında keçiriləcək. Bu mövzunun seçilməsinin səbəbi Ümumdünya İslam məzhəblərinin yaxınlaşması təşkilatının müdiri Ayətullah Əraki tərəfdən təklifi olunması idi.

O, əlavə etdi: Ümumdünya İslam məzhəblərinin yaxınlaşması təşkilatının müdiri Ayətullah Əraki keçirdiyimiz görüşdə o dedi ki, iki əvvəl konfransın mövzusu “İlahi dinlərdə məhdəviyyət” olduğuna görə Beynəlxalq Məhdə-viyyət doktorinasının on dördüncü konfransının mövzusu  “Məhdə-viyyət, bütün İslam məzhəblərinin əsas mövzusu” olsun. Bu mövzu konfransın elmi komitəsində müzakirə olunundan sonra təsdiq olundu və seçildi.

 Höccətül-islam Hüseynpur dedi: Bu il konfransla on altı hövzə və universitet nəzdində fəaliyyət göstərən elmi müsəssisə həmkarlıq edir. Məsələn: İmam Xomeyni ® təlim və tədqiq müəssisəsi, İxtisaslaşmış Məhdəviyyət mərkəzi, Camiətuz-Zəhra (ə), Baqirul-ulum universiteti, Əimmeyi-əthar fiqhi müəssisəsi, İmam Hüseyn (ə) universiteti, Quran elmləri və maarifi universiteti, İslam mədəniyyəti və elmləri elmi-tədqiqat mərkəzi, Məzhəblər universiteti, İmam Sadiq (ə) universiteti, Beynəlxalq Əhli-beyt (ə) universiteti və Parlaq gələcək müəssisəsi.

http://http://shabestan.ir/detail/News/689383

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده