خبرگزاری شبستان

چهارشنبه ۲۳ آیان ۱۳۹۷

الأربعاء ٦ ربيع الأوّل ١٤٤٠

Wednesday, November 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 13, 2018 Xəbər kodu : 32569

İmam Zamanın (ə) dünyəvi hakimiyyətində peyğəmbərlərin rolu
Şəbistan xəbər agentliyi: Sanki peyğəmbərlər yavaş-yavaş rəcət edirlər. Məsələn: Bir qrup İmam Zamanla (ə) bir qrup isə İmam Hüseynlə (ə), bir qrup da İmam Əli (ə) ilə rəcət edirlər. Hədislərdə bir neçə peyğəmbərin rəcət edəcəyi xəbər verilib.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə Allah-taalanın peyğəmbərlərinə verdiyi vədələrdən biri onlara yardım edəcəyidir. Amma onların əksəriyyəti məğlub oldular və qətlə yetirildilər.

Allah-taala Qurani-kərimdə buyurur:

إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

    Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında və şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik. (Ğafir, 51)

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Allaha and olsun ki, bu ayə rəcət günü öz əksini tapacaq. Bilmirmisən ki, peyğəmbərlərin çoxu dünyada köməksiz qaldılar və qətlə yetirildilər? Eləcə də məsum imamlar (əleyhimussalam) qətlə yetirildilər və köməksiz qaldılar. Bu ayə rəcətdə gerçəkləşəcək. (Mucəmu Əl-imamil-Mehdi (ə) c 5, s 384)

İmam Sadiq (ə) digər bir hədisdə buyurur: İmam Hüseynlə (ə) birlikdə yetmiş peyğəmbər rəcət edəcək. Necəki Musa peyğəmbərlə bu insan gəlmişdi. (Mucəmu Əl-imamil-Mehdi (ə) c 4, s 89)

Sanki peyğəmbərlər yavaş-yavaş rəcət edirlər. Məsələn: Bir qrup İmam Zamanla (ə) bir qrup isə İmam Hüseynlə (ə), bir qrup da İmam Əli (ə) ilə rəcət edirlər. Hədislərdə bir neçə peyğəmbərin rəcət edəcəyi xəbər verilib. Onlar aşağıdakılardır: Həzrət İsa (ə), Həzrət İlyas (ə), Həzrət Danyal (ə), Həzrət Yunis (ə)

http://http://shabestan.ir/detail/News/689416

 

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده