خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Monday, February 12, 2018 Xəbər kodu : 32568

Həyat yolunu necə keçək?
Ömür adlı həyat yolu üzücü və təhlükəli, büdrəyişlər və çaşqınlıqlarla bərabər olduğu zaman, bu yolda vəzifəmiz nədir?

Ömür adlı həyat yolu üzücü və təhlükəli, büdrəyişlər və çaşqınlıqlarla bərabər olduğu zaman, bu yolda vəzifəmiz nədir? Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı? Şübhəsiz ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir. İstər-istəməz axirətə doğru hərəkətdəyik və məqsədə sağ-salamat çatmaq üçün tədbir görməliyik. Yolu hərtərəfli nəzərdən keçirib, əvvəl deyilmiş proqramla hərəkət etməliyik. Bəs bu yola uyğun hansı azuqəni götürməliyik? Çünki dəniz yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa cür azuqə, hazırlıq tələb edir. İmam Əli (ə) buyurur:

وَاَنَّه لا غِنَى بِكَ فِيهِ عَنْ حُسْنِ الاْرْتِيَاد

“Həqiqətən, bu yolda yaxşılıq axtarışı və düzgün təlaşdan ehtiyacsız deyilsən.”

Ərəbcə mətndə işlənmiş “irtiyad” kəlməsi bugünkü anlamada “proqram” mənasını bildirir. Yəni insan bu yolda düzgün həyat proqramı üzrə hərəkət etməlidir. Məqsədimizi aydınlaşdırmaq üçün bir misal çəkək: Tutaq ki, on günlük bir səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur. Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün on günlük ərzaq götürməlisiniz. Əgər ərzağı az götürsəniz çətinlik çəkəcəksiniz, çox götürsəniz yükünüz ağır olacaq. Demək, yolun uzunluğuna uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun yola münasib azuqə hazırlanmalıdır. Az ərzaq götürən aclıq çəkir, çox ərzaq götürən isə ağırlıq altda qalır. Buna görə də, dəqiq proqram üzrə hərəkət etmək lazımdır. İfrat da, təfrit də zərərlidir. Ən pisi budur ki, bəzi müsafirlər tamamilə ehtiyac duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar. Ağır yük sürəti azaldır, bəzən isə hərəkəti dayandırır. Ona görə də, yalnız zəruri şeyləri götürmək lazımdır. Eləcə də götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki, səfərdə rahat hərəkət etmək mümkün olsun.

Beləcə, insan bu uzun səfərdə iki şərtə əməl etməlidir. Əvvəla, yalnız zəruri şeylər götürməli; ikincisi, götürdüklərinin qədərini dəqiq müəyyənləşdirməlidir. Yəni həm azuqə götürülməli, həm də yük ağır olmamalıdır. Səfər yükü ağır olarsa, hərəkət etmək çətinləşər. Həzrət (ə) buyurur:

لا تَحْمِلَنَّ عَلى ظَهْرِكَ فَوْقَ بَلاغِكَ فَيَكوُنَ ثَقيِلا وَ وَبَالا عَلَيْك؛

“Elə bir azuqə kisəni məqsədə çatdıraçiynində yüngün olagücündən ağır yükgötürsənsənə baha başa gələr.”

YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?

Buraya qədər deyilənlərdən məlum oldu ki, ömür yolu uzun və təhlükəli bir səfərdir. Bu səfərdə zəruri və yüngül yük götürülməlidir. Ona görə də, yüngül yük götürməyin qaydasını bilməliyik. Həzrət Əli (ə) bu məsələni gözəl bir misalla aydınlaşdırır. Adətən, müsafirlər öz yüklərini bir başqasının çiyninə qoymaq istəyirlər. Bu işi zirəklik, fərasət sayanlar da var. Yəni yükü ağır olan müsafir kömək üçün yoldaş arzulayır. Belə bir kömək ağlabatandır. Ağır yükə köməkçi tapıb, səfərin sonunda öz yükünü sağ-salamat təhvil almaq məntiqəuyğun bir işdir. Heç bir ağıllı insan belə köməkdən imtina etməz. Amma bu qaydaya əməl edənlər olduqca azdır. Az varlı öz sərvətini yoxsullara paylayır ki, axirətdə geri alsın. Hansı ki, ən ağıllı yol ehtiyacdan artıq olan sərvəti imkansızlara verib, axirətdə geri almaqdır. Amma çoxları nəinki öz sərvətini, hətta başqalarının haqqı olan xüms və zəkatı da sahibinə ödəmək istəmir. Ağıllı insanlar isə dünya və axirəti müqayisə etməklə belə bir nəticəyə gəlirlər ki, dünya səfər və bu səfərdə yükün yüngül olması isə hünərdir. Həzrət (ə) bu nöqtəni çox gözəl şəkildə açıqlamışdır: “Yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq bir biçarə və möhtac tapsan, onu qənimət bil.” Bəli, heç bir səfər azuqəsiz, yüksüz olmur. Əgər bir şəxs yükünü götürüb, mənzil başında sizə vermək istəyirsə, onun istəyini qəbul edib, səfər yükünüzü yüngülləşdirin. Bu yolla həm yükünüz yüngülləşəcək, həm də heç bir yol haqqı ödəməyəcəksiniz. Yoxsula verilən yardıma gəldikdə, insan bu yardım müqabilində qat-qat artıq əvəz alasıdır. Qurani-Kərimdə buyurulur:

مَنْ ذَا الَّذى يُقْرِضُ اللّهَ قَرْضاً حَسَناً فَيُضاعِفَهُ لَهُ اَضْعافاً كَثيرَة

“Allah yolunda yaxşı borc verən kimdir ki, Allah da onun əvəzini qat-qat artırsın?” (“Bəqərə”/245.)

Allah öz verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və vəd edir ki, həmin borcu qat-qat artıq qaytaracaq. Əgər Allah-Taalanın bu buyruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? İkiqat qazanc vəd edən insana inanırıq, amma onqat qazanc vəd edən Allaha inanmırıq. Bu münasibət etiqad zəifliyi deyilmi? Əgər Allaha inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb, səfər yükümüzü yüngülləşdirməliyik. Ömür yolunda yüngül yüklə hərəkət etmək yaxşı olmazmı?! Bu gün imkanınız varsa yubanmayın. Sabah gec ola bilər!

İmam Əlinin (ə) digər buyruğunda qeyd olunur ki, bu uzun, dolambaclı yol çox təhlükəli bir aşırımda başa çatacaqdır. Aşırımdan sonra iki yol uzanır. Yol ayrıcında sizin heç bir seçim gücünüz və ixtiyarınız yoxdur. Yollardan biri behiştə, o biri isə cəhənnəmə aparır. Ona görə də, həmin aşırıma çatanədək bütün qüvvə səfərbər edilməlidir. Yəni nə qədər ki, dünyadasınız, nəfəsiniz gedib-gəlir, özünüzə bir çarə qılın. Unutmayın ki, aşırıma çatdıqdan sonra heç bir peşmançılıq fayda verməyəcəkdir. Ömür yolu həmin aşırıma aparır. Aşırımdan rahat keçmək üçün ömür yolunda lazımi qaydada addımlamaq lazımdır. Aşırıma çatdıqdan sonra Allahı nə qədər çağırıb yardım diləsəniz də, faydası olmayacaq. Pərvərdigaraməni geri qaytar! (“Muminun”/99.) – çağırışları səmərəsiz qalacaq. Aşırıma çatanadək, ömür yolu üçün düzgün proqram hazırlayıb, yolumuzu təyin edək. Bu yolda düzgün seçim isə imam Əlinin (ə) buyurduğu uyğun yüngül yüklə hərəkətdir. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.247-252.)

(Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده