خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Monday, February 12, 2018 Xəbər kodu : 32565

Şərəf və bəsirətiniz böyük və valehedici bir hadisə yaratdı
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran xalqını 11 fevral yürüşündə izdihamlı iştirakına görə təbrik edib.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei qələmə aldığı təbrik mesajında  bildirir:

 

“Əziz və dəyərli İran xalqı, bu gün (11 fevral) qətiyyət və anlayışınızla möhtəşəm və böyük bir hadisə yaratdınız. Bu gün  təşkil olunan möhtəşəm 11 fevral yürüşündə xalqın iştirakı dəqiq hesablamalara görə,  öncəki illərdən  daha  izdihamlı və daha coşqulu olub.  Heç şübhəsiz , bunlar əcnəbilərə və İran düşmənlərinə qətiyyətli bir cavab oldu.   İran və İranlılar haqqında yalnış  düşüncəyə sahib olan  düşmənlər  var güclə təbliğat aparırdı və çalışırdı ki, bu ilki 11 fevral yürüş mərasimini sönük göstərsin.   Lakin sizlər əməldə İnqilabın  yaşadığını və dinamik olduğunu ortaya qoydunuz. Şüarlar səsləndirdiniz, isti iştirakınız və fəryadlarınızla  İmam Xomeyninin (rə) idealarına  bağlı olduğunuzu göstərdiniz. Bunlar  düşmənlərin gözünü qorxudur və onları geri oturmağa məcbur edir. Həmçinin İran xalqının qətiyyətliliyi düşmənlərin hesablamalarını pozur. Ölkənin  məsul şəxsləri  bu misilsiz  fenomeni təqdir edərək əziz xalqımıza səbir, güclü idarəetmə və inqilabçı ruhu ilə xidmət etməlidir. Və İslam İnqilabının  ideyalarını qorumalıdır.   Ona görə ki,  ölkənin gələcəyi  bəsirətli və oyaq xalqımıza aiddir.  Biz məsul şəxslər  xalqımızdan geri qalmamağa çalışmalıyıq.

  ولا تهنوا و لاتحزنوا و انتم الأعلون ان کنتم مؤمنین

"Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz."  (“Ali-İmran” surəsi, 139-cu ayə)

 

Ayətullah Xamenei.

 

http://shabestan.ir/detail/News/689129

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده