خبرگزاری شبستان

دوشنبه ۳۰ بهمن ۱۳۹۶

الاثنين ٤ جمادى الثانية ١٤٣٩

Monday, February 19, 2018

Servis xəbərlərinin titri

Hacı Allahşükür Paşazadə məscid və ziyarətgahların təmir-bərpasını zəruri sayır

Şəbistan Xəbər Agentliyi: Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhra salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, February 12, 2018 Xəbər kodu : 32564
Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin müdirinin Şəbistanla müsahibəsi:
90 min nəfərdən çox şəxsin İsfahandakı kurslarda iştirakı
Şəbistan xəbər agentliyi: Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin İsfahan şəhərindəki nümayəndəliyi on ilə yaxın ardıcıl Məhdəviyyət sahəsində təlim verdikdən sonra 90 min nəfərdən çox gənclər və orta savadı olan insanlara təlim vermişdir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən “Məhdəviyyət” çoxlu ictimai təsir olan bir ideologiyadır. Bunların ən önəmlisi cəmiyyətdəki ümidsizliyi və məyusluğu aradan aparmaqdır. Məhdəviyyət yəni, aydın gələcəyə inam və heyran və məzlum xalqa azadlıq və xilas ismarıcı verməkdir. Belə ki, bir gün bir ilahi insan gələcək və insanların ümid bəslədiyini həyata keçirəcək. Bu gün Məhdəviyyət sahəsində şübhə və sualların yağdığı bir dövrdə Məhdəviyyət sahəsində düzgün və əqli dəlillərə söykənən müəssisələrin və elmi mərkəzlərin fəaliyyəti haqda məlumat vermək vacib və zəruridir.

 Belə mərkəzlərdən biri də “Sifahan ostanının Həzrət Mehdi mövud (əleyhissalam) mədəni-maarif mərkəzi”-dir. Bu mərkəz aktuallığına və müxtəlif proqramlarına görə bu sahədəki müvəffəq mərkəzlərdən birinə çevrilmişdir.

 Buna görə də Şəbistan xəbər agentliyi bu mərkəzi daha yaxından tanımaq üçün mərkəzin müdiri Höccətül-islam Mehdi Neylipurla müsahibə apardıq:

Lüftən müəssisənin yaranması haqda məlumat verin

İsfahan şəhərinin Məhdəviyyət mərkəzi 1382 (h.ş)-ci ildə təsis olundu və fəaliyyətə başladı. Həmin il Höccətül-islam vəl-müslimin Qəraəti İsfahana təbliğ səfərinə gəlmişdi. Bu mərkəz  Qum və Tehranda yarandığına görə İsfahanda da yaradılması təklif olundu. Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin İsfahan şəhərindəki nümayəndəliyi on ilə yaxın ardıcıl Məhdəviyyət sahəsində təlim verdikdən sonra 90 min nəfərdən çox  gənclər və orta savadı olan insanlara təlim vermişdir.

http://shabestan.ir/detail/News/682916

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده