خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Monday, February 12, 2018 Xəbər kodu : 32562
Əbutalib hidayət səfirləri elmi hövzəsinin təsisçisi
İnqılabın ildönümündə milyonlarla insanın Vəliyyi Fəqihdən himayə etməsi güclü bir nöqtədir
Şəbistan xəbər agentliyi: Əbutalib hidayət səfirləri elmi hövzəsinin təsisçisi dedi: İnqılabın ildönümündə miyonlarla insanın Vəliyyi Fəqihdən himayə etməsi onların güclü bir nöqtəsidir.

Əbutalib hidayət səfirləri elmi hövzəsinin rəhbəri Höccətül-islam Məcid Sinayi Şəbistan xəbər agentliyinin jurnalisti ilə ikinci müsahibəsində İnqılabın iqtisadiyyat sahəsindəki ən mühüm uğurlarına işarə edərək dedi: İslam İnqılabının qələbəsindən sonra İran xalqının arasında rejimə qarşı bədbin olan şəxslərdə belə, özünə inam hissi kök salmışdır. Çünki şah zamanında camaat özlərinə inam hissini itirdikləri üçün müxtəlif növdə cinslərin istehsalına qadir deyildilər. Amma İran İslam İnqılabının qələbəsi ilə özünə inam hissi inamsızlığın yerini tutdu.

O, qeyd etdi ki, İran xalqının gilayəsi budur ki, rejimin məsulları niyə işlərini bundan da daha yaxşı yerinə gətirmirlər? Hərbi cəhətdən müxtəlif sahələrdə çox yaxşı uğurlar əldə edilmişdir.

O, bildirdi ki, xoşbəxtlikdən bu il ölkəmiz əkinçilik sahəsində kifayət həddə çatmışdır ki, artıq əkinçilik mallarını varid etməyə shtiyac duymur. Əlbəttə, bir qədər idarəçilik sahəsində qüsurlar mövcuddur. Qaçaqçılığın qarşısı alınmalıdır.

O, əlavə etdi ki, məsulların ölkənin iqtisadi problemlərinin həll edilməsindəki, zəiflikləri onların elmi qüsurlarından irəli gəlmir. Onlar daha çox nəfsani istəklərlə, zahiri və batini şeytanlarla mübarizədə özlərini itirirlər. Buna görə də işlərində nöqsanlar baş verir.

O, dedi ki, bəzi şəxslər camaatıhttp://www.shabestan.ir/detail/News/688966n malını oğurlayaraq, çoxlu kreditlər götürərək, ölkəyə zərər vururlar.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده