خبرگزاری شبستان

چهارشنبه ۵ اردیبهشت ۱۳۹۷

الأربعاء ١٠ شعبان ١٤٣٩

Wednesday, April 25, 2018

Servis Əsas səhifə Zaman :   Sunday, February 11, 2018 Xəbər kodu : 32561
Elmi hövzənin ustadı
Cəmiyyət ədalətsizliyə və ayrımcılığa dözmür
Şəbistan xəbər agentliyi: Höccətül-islam Mirbaqiri dedi: Cəmiyyət çətinliklərə dözür. Amma ədalətsizliyə və ayrımcılığa dözmür. Hicab, namaz və oruc tutmaq kimi vacibdir.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam Seyyid Həmid Mirbaqiri Pişva şəhərinin İmamzadə cəfərdəki adsız şəhidlərin məqbərəsində keçirilən "Aşiqlik ətri" proqramında Ali-Yasin ziyarətinin bəzi hissələrinə işarə edərək dedi: Peyğəmbər (s) buyurdu: Behiştə daxil olan hər bir şəxs oradan çıxmaq arzusunda olmayacaq. Çünki behiştə daxil olmaq bütün möminlərin arzusudur. Yalnız şəhidlər belə arzuda olarlar. Allahın onlara qoyduğu hörmətə xatir dəfələrlə canlarını fəda etmək istəyərlər.

O, əlavə etdi ki, Allah yolunda şəhid olmaq mömin bir bəndənin dünyada etdiyi ən böyük və üstün arzudur.

O,  Ali-Yasin ziyarətinin "ey haqq bayrağın ucaldan sənə salam olsun" hissəsinə istinad edərək dedi: Bayrağın işi budur ki, hamını öz altında toplayaraq, azğınlıqdan xilas edir.

O, qeyd etdi ki, bayraq o zaman insanı xilas edir ki, camaat o bayrağın vasitəsi ilə hidayət olmaq istəsinlər. Bəzən yaşıl və qırmızı işığı müşahidə etdiyimiz halda ona əhəmiyyət vermədən keçirik. Hidayət elminin bizi hidayət etməsi üçün diqqətli olmaq önəmlidir.

O, bildirdi ki, bəzən cəmiyyət çoxlu çətinliklərlə qarşılaşsa da bütün bunlara dözür. Amma ədalətsizliyə və ayrımcılığa dözmür. Hicab, namaz və oruc tutmaq kimi vacibdir. Keçmiş xalqlar ədalətsizlik və ayrımcılığa xatir həlak oldular.http://www.shabestan.ir/detail/News/688666

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده