خبرگزاری شبستان

دوشنبه ۳۰ بهمن ۱۳۹۶

الاثنين ٤ جمادى الثانية ١٤٣٩

Monday, February 19, 2018

Servis xəbərlərinin titri

Hacı Allahşükür Paşazadə məscid və ziyarətgahların təmir-bərpasını zəruri sayır

Şəbistan Xəbər Agentliyi: Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhra salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, February 11, 2018 Xəbər kodu : 32560
Əbutalib hidayət səfirləri elmi hövzəsinin təsisçisi
İnkişaf, inqılabın dünyaya sadir olmasının ən mühüm amilidir
Şəbistan xəbər agentliyi: Əbutalib hidayət səfirləri elmi hövzəsinin təsisçisi dedi: İslam inqılabının dünyaya sadir olmasının ən mühüm amili rejimin hədəflərinə yetişməsindəki inkişafıdır. Bu cəhətdən düşmənlər daxildə və xaricdə onu uğursuz göztərmək üçün səy göstərirlər.

Əbutalib hidayət səfirləri elmi hövzəsinin rəhbəri Höccətül-islam Məcid Sinayi Şəbistan xəbər agentliyinin jurnalisti ilə müsahibəsində xarici mediaların İslam İnqılabını uğursuz göstərmək üçün qarşıya qoyduqları hədəflərə işarə edərək dedi: Düşmənin ölkə daxilindəki ən mühüm hədəflərindən biri budur ki, rejimin əsas müdafiəçilərini yəni xalqı ümidsiz etsinlər.

O, əlavə etdi ki, İran İslam Respublikasının dünyanın qərbində və şərqində heç bir dostu və həqiqi hamisi yoxdur. Çünki Amerika və İsrail kimi qərb ölkələri qəsbkar və düşməndirlər. Şərq tərəfdə də Çin və Rusiya kimi ölkələr öz mənfəətləri həddində İranla həmkarlıq edirlər. Necə ki, heç bir zaman birləşmiş millətlər təşkilatında və əmniyyət şurasında səs vermə vaxtı İslam İnqılabından ciddi şəkildə himayə etmək qəsdləri olmayıb. Bəzən də əks tərəfdə rəy bildiriblər.

O qeyd etdi ki, camaata belə təlqin edirlər ki, rejim ölkənin abadlaşmasında, rifahın yaxşılaşmasında və mənəvi baxımdan inkişafda heç bir uğur ədə etməyib. Bu zaman da camaat imidsizliyə qapılıb, artıq rejimi dəstəkləməkdən əl götürür.

O, bildirdi ki, İslam inqılabının dünyaya sadir olmasının ən mühüm amili rejimin hədəflərinə yetişməsindəki inkişafıdır. Bu cəhətdən düşmənlər daxildə və xaricdə onu uğursuz göztərmək üçün səy göstərirlər.http://www.shabestan.ir/detail/News/688472

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده