خبرگزاری شبستان

دوشنبه ۳۰ بهمن ۱۳۹۶

الاثنين ٤ جمادى الثانية ١٤٣٩

Monday, February 19, 2018

Servis xəbərlərinin titri

Hacı Allahşükür Paşazadə məscid və ziyarətgahların təmir-bərpasını zəruri sayır

Şəbistan Xəbər Agentliyi: Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhra salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, February 11, 2018 Xəbər kodu : 32559

Məscidlərdə formalaşan ictimai birgəyaşayış
Şəbistan Xəbər Agentliyi: Məsciddə dinin əsas prinsipləri, etiqatları, islam hüququ, ortaya atılan şübhələrə cavablar və Quran təfsiri dərsləri ilə yanaşı dini həyat tərzini aşlayan ictimai sapqınlıqlar və sosial qüsurları cəmiyyətə çatdırıb və onun qarşısını almağa səy edən tədbirlər də həyata keçirdilməlidir.

Höccətül - islam vəl – müslimin Hüseyn İbrahimi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin cəmiyyətə təqdim edə biləcəyi ictimai yaşıyış tərzi və insanların birgə mehriban davranış qaydaları modelindən danışdı. O, dedi: Məscid möminlərin, dindarların əsas ictimai bazası olaraq, cəmiyyətdə önəm kəsb edən yerlərdən biridir. Bu qardaşlıq, yoldaşlıq səngərləri Allaha ibadəti sərgiləyən əxlaq və ədəb meydanlarıdırlar.

 

 

İslam dininin yarandığı ilk əsirlərdən, Peyğəmbərimizin (s) zamanından bəri məsciddə sosial təlabatlara, ictimai problemlərə xüsusi əhəmiyyət verilir və onun ilkin rüşeymləri qoyulurdu. Peyğəmbər (s) bütün sosial xidmətləri bu səngər vasitəsi ilə insanlara çatdırırdı. Belə ki, məscidlər məhrum insanların yardım mərkəzləri, xüsusən kimsəsizlərə kömək məntəqələri, bir sıra hüquqi və məhkəmə problemlərinin həll olunduğu kürsülər, xalqın məsləhət və müşavirə otaqları, müharibə meydanına silahlı qüvvələrin ezam edildiyi qərargahlar və əsgərlərin səfərbər olunduğu hərbi komandanlıqlar kimi fəaliyyət göstərirdi.

 

 

Bu gün də biz Allahın evlərini özümüzün ikincisi evlərimiz bilməliyik. Məscidə gəlmək, ora yğışmaq və orda fəaliyyət göstərməyə səy göstərməliyik. Əlbəttə, bunlar proqram şəkilində məscidin imamı tərəfindən xalqa çatdırılmalıdır. Məsciddə dinin əsas prinsipləri, etiqatları, islam hüququ, ortaya atılan şübhələrə cavablar və Quran təfsiri dərsləri ilə yanaşı dini həyat tərzini aşlayan ictimai sapqınlıqlar və sosial qüsurları cəmiyyətə çatdırıb və onun qarşısını almağa səy edən tədbirlər də həyata keçirdilməlidir.

 

 

http://shabestan.ir/detail/News/688683

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده