خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, February 11, 2018 Xəbər kodu : 32558

Məscidlərin şeir sahəsində fəaliyyəti qənaətbəxş deyil
Şəbistan Xəbər Agentliyi: Məscidlərin şairlər və ədəbiyyatçılar ilə yaxından əməkdaşlığı həm möminlərdə, həm də incəsənət xadimlərində ruh yüksəkliyə yaradacaqdır. Bu da əslində cəmiyyətimizdə ruhun yüksəkliyinin möhkəmlənməsi deməkdir.

Əhli- Beyt (ə) məddahı Seyid Əta Haşimi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərdə göstərilən təbliğat xarakterli incəsənət proqramlarından danışdı.

 

 

O, bildirdi ki, dini məzmum ehtiva edən şer və nəsr əsərlərinin ilhamverici və səhnləşdiyi yer elə məscidlərin özüdür.

 

 

Məddah bildirdi ki, bu sahədə məscid icması və ruhanilər xüsusi tədbirlər proqramı ilə çıxış etməli, məscidlər Əhli - beyt (ə) şair və məddahların fəaliyyətlərinin təzminatcısı rolunu oynamalıdırlar.

 

 

Müsabibimiz qeyd etdi ki, məscidlər sırf ibadi məkanlardan və yalnız ayinlərin icra olunduğu ibadət ocaqlarından daha geniş dairəyə malik və daha çox miqyası əhatə edəcək konsepsiya, fəaliyyətlər proqramı ortaya qoymalıdırlar. Burada mədəni, incəsənət və ictimai proqramlar və tədbirlər görünlməlidir. Belə ki, hətta məscidlər başqa qurumlar üçün də örnək olmalıdırlar.

 

 

Seyid Əta Haşimi şeirin,xüsusi ilə insanlarda güclü təsirlərindən danışdı: Məscidlər xalqı fikir, əxlaq, əqidə, mədəniyyət sahəsindəki yüksək qüllələrə təşfiq edə, insanlarda dinamika yarada bilər. Bu sahədə şairlərin xidməti olduqca böyükdür. Xüsusən dini motivdə yazan şairlər meydana daxil olsa da, onlara kifayət qədər əhəmiyyət verilmir. Buna görə də məscidlərin incəsənət xadimləri ilə həmkarlığını dəyərləndirmək istəsək, onu kafi hesab etməməliyik. Yəni yüksək bal verə bilmərik. Məscidlərin şairlər və ədəbiyyatçılar ilə yaxından əməkdaşlığı həm möminlərdə, həm də incəsənət xadimlərində ruh  yüksəkliyə yaradacaqdır. Bu da əslində cəmiyyətimizdə ruhun yüksəkliyinin möhkəmlənməsi deməkdir.

 

http://shabestan.ir/detail/News/685367

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده