خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Saturday, February 10, 2018 Xəbər kodu : 32544

“Ənsarullah”ın sözçüsü Məhəmməd Cavad Zəriflə görüşdü
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası xarici işlər naziri Yəmən müharibəsi və bu ölkənin bombardman edilməsinin durdurulmasının vacibliyini vurğulayıb.

 

İran xarici işlər naziri Yəmən müharibəsinin durdurulmasını vurğuladı

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Abdussalamla görüşdə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəhşətli hava hücumlarının davam etməsi nəticəsində Yəməndə insan faciəsinin baş verməsi haqda xəbərdarlıq edərək beynəlxalq ictimaiyyətin Yəmənə humanitar yardımlar göstərilməsinin vacibliyini vurğulayıb.

 

Yəmən Ənsarullahının sözçüsü də Yəməndəki hazırkı vəziyyət, xüsusilə də acınacaqlı insan durumu haqda məlumat verib.

 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücuma keçib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.

 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki cinayətləri indiyə qədər on minlərlə nəfərin həlak olması, yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

 

Əlaqəli başqa bir xəbərdə isə Yəmənin əl-Məsirə televiziyası ötən gecə ölkənin cənub-qərbində Məxa vilayətində Ərəbistanın Patriot raket sisteminin məhv edildiyini bildirərək Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı əməliyyatın icrasında Yəmən qüvvələrinin əməkdaşlığı və koordinasiyasını vurğulayıb.

 

Səudiyyə Ərəbistanı 2015-ci ildə ABŞ-la 1 milyard 750 milyon dəyərində Patriot sistemi və PAC-3 raketlərinin satın alınması üçün müqavilə imzaladı.

 

PAC-3 Patriotun ən modern əməliyyat versiyasıdır.

 

Bu sistem ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.

 

Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən, Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti gün-gündən artmaqdadır.

 

http://shabestan.ir/detail/News/688898

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده