خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, February 10, 2018 Xəbər kodu : 32543
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistanla müsahibəsi:
Həqiqi Fəcr zühurla meydana gələcək
Şəbistan xəbər agentliyi: Höccətül-islam Mahmudi İslam inqilabının İmam Zamanın (ə) zühuru ilə müştərək cəhətlərinə toxunaraq dedi: Həqiqi Fəcr zühurla meydana gələcək. O, zülmətlərin arasında nur saçacaq. Bu nur bütün insanları işıqlandıracaq.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam vəl-müslimin Həsən Mahmudi İran İslam inqilabının Məhdəviyyətə bağlılığı haqda Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinə verdiyi müsahibəsində dedi: İmam Zamanın (ə) qeybətinin əsas hədəfi gələcəkdə ədaləti bərqərar etməkdir. Allah-taala Merac səfərində Peyğəmbərə (s) buyurdu: “Övladın Mehdini dünyanı ədalətlə doldurmaq üçün zəxirə edirəm.”  Allahın rəsulu (s) da dəfələrlə İmam Zaman (ə) haqda buyurub:

یَملَأُ الله بِهِ الاَرضَ قِسطاً وَ عَدلاً کَما مُلِئَت ظُلماً و جَورا؛

Yer üzü zülm və haqsızlıqla dolduğu kimi onu ədalətlə dolduracaq.

 O, dedi: İmam Xomeyni ® İmam Zamanın (ə) zülmlə mübarizə metodunun ən aşağı səviyyəsindən istifadə etdi. İmam Xomeyni xalqa zülm olunduğunu və hakimiyyətdə və cəmiyyətdə  müxtəlif  fəsadların artdığını müşahidə etdiyi zaman qiyam etdi və zülm və müstəkbirlərlə mübarizə şüarı ilə qiyamına strat verdi.

Mahmudi dedi: Tağutun məhv olması və Quran və Allahın təsdiq etdiyi bir insanın hakimiyyətə gəlməsi İslam inqilabının bərəkətindəndir. Xalqın inqilaba rəhbərlik edən hakimlərdən intizarı budur ki, insanları rifahını yaxşılaşdırsınlar və öz ağır vəzifələrini ən gözəl tərzdə icra etsinlər. Onları səhlənkarlığı dini qarşı bədbin olmağa səbəb olur.

http://www.shabestan.ir/detail/News/688462

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده