خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, February 10, 2018 Xəbər kodu : 32542
Biz müntəzirik;
Vilayətin dəqiq mənası
Şəbistan xəbər agentliyi: Fərz edin ki, iki möhkəm kəndiri bir-birinə bağlayırlar. Onları bir-birindən asanlıqla ayırmaq mümkün deyil. Buna ərəb dilində “Vilayət” deyilir. Vilayət yəni, iki şeyin bir-birinə möhkəm formada bağlanması.

 Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin verdiyi xəbərə görə Həsən Mollayinin qələmə aldığı "Həzrət Ayətullah Xameneinin təfəkküründə Məhdəviyyət günəşi" kitabında " yazılır:

  Vilayət sözünün əsl mənası iki şeyin bir-birinə yaxın olması və bağlanmasıdır. Fərz edin ki, iki möhkəm kəndiri bir-birinə bağlayırlar. Onları bir-birindən asanlıqla ayırmaq mümkün deyil. Buna ərəb dilində “Vilayət” deyilir. Vilayət yəni, iki şeyin bir-birinə möhkəm formada bağlanması.

Lüğət kitablarında vilayətin mənasında qeyd olunun məhəbbət, qəyyumluq və digər səkkiz mənanın əsas səbəbi vilayət sözündə iki şeyin bir-birinə yaxınlaşması mənasının olmasıdır. Məsələn: Vilayətin məhəbbət mənası; Bunun səbəbi budur ki, sevən və sevilən bir-birinə bağlı və yaxın olmasıdır. Onları bir-birindən ayırmaq mümkün deyil.

 Vilayət məhəbbətdən üstündür

   Bəzi insanlar təsəvvür edirlər ki, vilayətçi olmaq yalnız Əhli-beytə (ə) ağlamaqla gerçəkləşir. Əhli-beytin adı çəkiləndə “Əleyhissalam” demək lazımdır. Əhli-beytin (ə) məhəbbəti vacib və fərzdır. Onların adlarını əzəmətlə yad etmək zəruridir. Amma bunlar vilayət sayılmır. Vilayət bunlardan üstündür.

 Vilayət Quran istilahında bir-birinə bağlılıq, eyni cəbhədən olmaq və eyni fikiri qəbul edən və eyni hədəf arxasınca olan, eyni yolda addımlayan, eyni hədəf uğrunda çalışan, eyni əqidəyə və ideyaya qulluq edən insanların bir-birinə möhkəm bağlılığı. Bu qrup bir-birinə çox bağlı olmalı, digər cəhbə və qruplardan uzaq olmalıdılar.

http://www.shabestan.ir/detail/News/684373

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده