خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Saturday, February 10, 2018 Xəbər kodu : 32541
Müqəddəs Cəmkəran məscidinin inqilabçı xadimi:
İslam inqilabı İmam Zamanın (ə) dövlətinin maketidir
Şəbistan xəbər agentliyi: İran İslam inqilabında öncə Məhdəviyyət dayanmış bir Məhdəviyyət idi. O dövrün təfəkkürü bu idi : Deyirdilər ki, siz cəmiyyəti fəsad və zülmlə doldurmalısınız ki, İmam Zaman (ə) zühur etsin. Amma indi bizim cəmiyyətdə belə bir təfəkkür yoxdur.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə əsasən İran İslam inqilabı digər inqilablarla mahiyyət cəhətdən fərqlənir. Bu fərq dini rəhbər, şiənin mərcəiyyəti və İslami və dini olmasıdır.

Həzrət İmam Xomeyni ® heç vaxt silahlı mübarizəyə təkid etmirdi. Onun fikiri bu idi ki, inqilab mütləq dini olmalıdır. Çünki İslam insanların mədəniyyətinə kök salıb. İnqilab xalq inqilabı olmalıdır və inqilabın xalqın olmasının nəticələrini gördük. Əgər İmam Xomeyni olmasaydı, bu inqilab nəticə verməzdi.

  İslam inqilabı bəşər tarixinin elə bir şəraitində baş Verdi ki, Fred Haleydi onu paradoksal tapçaca, Mişel Fuko ümidsiz dünyanın ümidi adlandırdı. O dövrün şəraiti ilə daha yaxından tanış olmaq üçün Müqəddəs Cəmkəran məscidinin xadimi Seyid Mürtəza Ruhani ilə söhbət apardıq.

 İslam inqilabının il dönümünün astanasındayıq. Siz o dövrü yaxından gördüyünüzə görə həmin dövrü bizə anlatın

İmam Xomeyni İslam hökmlərini icra etmək məqsədi ilə qiyam etdi. Bu yolda çoxlu problemlər var idi. Onlar xarici dövlətlərin başçıları və xarici qüvvələr idi. Şah onların əlində oyuncaq idi.

 Xüsusi ilə son 150-ildə ingilislər bizim ölkədə çox fəal idilər. Qacar dövründə və ondan sonar və şahın hakimiyyətinin son otuz ili Amerika da İranda fəaliyyətə başladı. Meydanı ingilislərin əlindən aldılar. Buna görə də İmam Xomeyni İlahi hökmləri icra etmək üçün qiyam etdi və xalq Onun arxasında durdu və öz taleyini həll etdi. Bu inqilabın əsas hədəfi zühura şərait yaratmaq və İmam Zamanın (ə) dövlətinin maketini yaratmaq idi.

http://www.shabestan.ir/detail/News/688795

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده