خبرگزاری شبستان

دوشنبه ۳ اردیبهشت ۱۳۹۷

الاثنين ٨ شعبان ١٤٣٩

Monday, April 23, 2018

Servis Əsas səhifə Zaman :   Saturday, February 10, 2018 Xəbər kodu : 32540
Ayətullah Rəşad
Bəhmən ayının iyirmi ikinci günündəki yürüyüşdə iştirak etmək Seyyidiş-Şühədanın (ə) "mənə yarım edən tapılmazmı şüarına" ləbbeyk deməkdir
Şəbistan xəbər agentliyi: Ayətullah Rəşad dedi: Sabah camaat meydanlara gələrək, inqılabın üstün hədəflərindən və şəhidlərin qanından müdafiə edəcəklər. Habelə Seyyidiş-Şühədanın (ə) "mənə yarım edən tapılmazmı şüarına" ləbbeyk deyəcəklər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehran Ostanının elmi hövzəsinin şura rəhbəri və İmam Rza (ə) elmi hövzəsinin müdiri  Höccətül-islam vəl-müslimin Əliəkbər Rəşad bu gün həmin mədrəsədə keçirilən xaric Fiqh dərsinin əvvəlində dedi: İmam Xumeyninin (rəh) "bizim inqılabımız nur partlaması" idi ibrəti çox dəqiq və şairanə bir ibarət idi.

O, əlavə etdi ki, müasirliyin və son əsrin zalım hökumətlərinin dərin qaranlığında bu inqılab bir nur partlaması idi. Bu məsələyə dost və düşmən etiraf edir.

O, belə dedi: Bir halda ki, dünya tam sürətlə maddiyyata, ateizmə və dünyəviliyə doğru hərəkət edirdi, İmam Xumeyni (rəh) tarixin axışını dəyişdirdi.

Bu inqılabın düşmənləri qırx ildir ki, uduzurlar. Onlar qabaqkı illərdə olduğu kimi bu gün və bundan sonra da bu inqılabın qarşısında məğlub olacaqlar. Çünki bu inqılab o qədər böyük və güclüdür ki, qərb tərəfindən əsən çirkin küləklər vasitəsi ilə yerindən dəbərməz.

Ayətullah Rəşad dedi: Sabah camaat keçmiş qırx ildə olduğu kimi meydanlara gələrək, inqılabın üstün hədəflərindən və şəhidlərin qanından müdafiə edəcəklər. Habelə Seyyidiş-Şühədanın (ə) "mənə yarım edən tapılmazmı şüarına" ləbbeyk deyəcəklər.http://www.shabestan.ir/detail/News/688743

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده