خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, February 9, 2018 Xəbər kodu : 32534

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın cümə namazı xətibi Amerikanın İran İslam Respublikasına zərbə vurmaq üzrə fitnələrinə işarə edərək, deyib: Amerika və onun müttəfiqləri ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələniblər.

 

 

Tehranın cümə namazı xətibi höccətul - islam vəl - muslimin Kazim Siddiqi: Amerika ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələnibdir

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, höccətul - islam vəl - muslimin Kazim Siddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: Amerika, Ərəbistan və onların müttəfiqləri elə təsəvvür edirdilər ki, İŞİD terror qrupunu yaratmaqla İraq Küdüstanının İraqdan ayrılması məsələsi, Livan məsələsi, müqavimət cəbhəsinin zəiflədilməsi və İraqın işğalı məsələsini irəli sürərək, İranı təcrid edə bilərlər, amma İran, İslam İnqilabının Böyük Rəhbərinin dühası ilə onlara möhkəm şillə vurdu.

 

Höccətul - islam vəl - muslimin Kazim Siddiqi həmçinin ilahi Fəcr Ongünlüyünü təbrik edərək, İslam İnqilabının qələbəsini möcüzə adlandırıb və belə deyib: İranın nüvə, tibb, raket və nano sahələrindəki irəliləyişləri, eləcə də bir çox sahədəki iqtisadi müstəqilliyi İslam İnqilabının qələbəsinin nailiyyətlərindəndir.

 

Tehranın cümə namazı xitabətçisi söyləyib: İslam İnqilabının qələbəsi istiqlaliyyət və izzətin İran xalqına qayıtmasına və ölkənin daha zorakılar tərəfindən qarət edilməməsinə səbəb oldu.

 

 

http://shabestan.ir/detail/News/688624

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده