خبرگزاری شبستان

سه شنبه ۱ خرداد ۱۳۹۷

الثلاثاء ٨ رمضان ١٤٣٩

Tuesday, May 22, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Qərəni

İbadətlərin qəbul olunmasının şərti Peyğəmbərin (s) və Məsum İmamların (ə) vilayətini qəbul etməkdir

Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Allah bizim ibadətlərimizi yalnız Peyğəmbərin (s) və Məsum İmamların (ə) vilayətini qəbul etməklə qəbul edər.

Servis Əsas səhifə Zaman :   Friday, February 09, 2018 Xəbər kodu : 32531

Qadınlar həya və iffətləri ilə İmam Zamanın (ə.f) zühuruna şərait yaratsınlar
Şəbistan Xəbər Agentliyi: Qadının əsil yeri ailə və evdir. Biz qadının bu yerinin dəyişilməsinə heç vəclə icazə vermərik, çünki qadının bu əsas funkiyasınından qafil olsaq, ailənin bünövrəsi, həyatın təməlləri çökər və gələcək nəsl məhv olar.

 

Şəbistan Xəbər Agentliyinin Qum üzürə bölgə müxbiri xəbər verir ki, dünən bu şəhərdə İslam İnqilabı qadınlarının rolu mövzusunda konfrans təşkil  edilib.

 

 

Konfransda qadın ilahiyyatçıların yetişdiriləsi üçün nəzərdə tutulan Əz-Zəhra (s) ilahiyyat və islam elmləri universitetinin elmi şurasının üzvü Məcidi Nəsəb çıxış edib. O deyib:Qadın obrazından örnək götürməyin ən gözəl yolu Qurana müraciət etməkdir, çünki Quranda müqəddəs qadınların çoxu bizə ülgu və nümunə olaraq tanıtdırılıb. Quranda yadı keçən qadınlardan da biri Fironun həyat yoldaşı Asiyadır. O Firona qarşı çıxaraq öz təkallahçılığını saxlayır.

 

 

Asiya Firon sarayında bütün maddi imkanlar və rifahdan istifadə edər, qüdrət və kübarlığın ən yüksək mərhələsində idi, lakin buna baxmayaraq boşluq hiss edirdi və boşluğu Həzrəti Musada tapır, beləliklə də o boşluğun Allahdan ibarət olduğunu dərk edir.

 

 

Hakimiyyət, qüdrət və dünyanın gəlib keçn bər - bəzəyinə arxa çevirən bu qadın Peyğəmbərin (s) həyat yoldaşi Həzrət Xədicə ilə beheştdə bir mərtəbədə qərar tutur. Bu, böyük bir məqamdır; bu, imanli, ixlas ilə mübarizə aparan və möhkəm dayanan bir qadının məqamıdır. Onlar düşməndən qorxmamış, həmişə fəal şəkildə mübarizə aparmışlar.

 

 

Qadının əsil yeri ailə və evdir. Biz qadının bu yerinin dəyişilməsinə heç vəclə icazə vermərik, çünki qadının bu əsas funkiyasınından qafil olsaq, ailənin bünövrəsi, həyatın təməlləri çökər və gələcək nəsl məhv olar. Ailə cəmiyyətin ilkin beşiyidir, əgər ailə məhv olsa, hər bir şey nabud olar.

 

http://shabestan.ir/detail/News/688544

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده