خبرگزاری شبستان

جمعه ۲۶ مرداد ۱۳۹۷

الجمعة ٦ ذو الحجّة ١٤٣٩

Friday, August 17, 2018

Servis xəbərlərinin titri

Yumşaq müharibənin qarşısında durmağın yolu Quran məfhumlarından istifadə etməkdir

Şəbistan xəbər agentliyi: Ordunu tənzimləyən idarənin müdiri ordunun on səkkizinci Quran müsabiqələrinin sona çatma mərasimində dedi: Azad insanlar İraqda olduqları zaman həqiqətdə iraqlılar bizim əsirimiz idilər. Onlar bizim təfəkkürümüzə qələbə çala bilmədilər.

Servis Əsas səhifə Zaman :   Thursday, February 08, 2018 Xəbər kodu : 32522

Astara–Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb
Fevralın 8-də Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Müxbirimizin Astaradan verdiyi məlumata görə, Rusiyanın Sankt Peterburq şəhərindən hərəkət edən bu qatar, bu gün İran və Azərbaycan rəsmilərinin iştirakı ilə keçirilən bir mərasimdə Astara-Astara dəmri yolu marşrutu ilə İran Astarasına daxil olub. 

İran Astarasının icra başçısı ilk sınaq yük qatarının Astara-Astara dəmir yolu marşrutu ilə İran Astarasına daxil olması mərasimində bu hadisənin İslam İnqilabının Fəcr Ongünlüyünə təsadüf etməsini müsbət hal adlandırıb və deyib: Ümidvaram bu hadisə İran xalqı üçün xeyirli və bərəkətli olsun. 

Yunes Rənckeş Astara-Astara dəmir yolu marşrutu ilə ilk sınaq yük qatarının İrana daxil olmasını İran və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni bir qapı adlandırıb və deyib: Rusiyadan gələn və 6 vaqondan ibarət olan bu qatarının yükü taxta və MDF-dən ibarətdir və yaxın gələcəkdə bu dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək. 6 vaqondan ibarət olan bu qatarın 55 tonluq yükü Astara-Astara beynəlxalq yük terminalında boşaldılacaq. Daha sonra, Astara-Astara dəmir yolu marşrutu ilə İranı Rusiya istiqamətində tərk edəcək.

İran İslam Respublikasının dəmir yolları rəsmilərinin dediklərinə görə, ilk sınaq yük qatarının Astara-Astara dəmir yolu marşrutu ilə İrana daxil olmasında məqsəd Astara-Astara dəmir yolu marşrutunun texniki baxımdan sınaqdan keçirilməsi və bu dəmir yolunun çəkilməsində istifadə olunan materialların keyfiyyətinin yoxlanılması olub. Bu məlumata görə, Astara-Astara dəmir yolu marşrutunda mövcud olan nöqsanlar, onun rəsmi açılışına kimi aradan qaldırılacaqlar. Astara-Astara dəmir yolu marşrutu cari ilin martında rəsmən istifadəyə verilməlidir. Astara-Astara dəmir yolu marşrutunun açılış mərasimi İran və Azərbaycan prezidentlərinin iştirakı ilə Astara şəhərində, iki ölkə arasındakı sərhəd məntəqəsində keçirilməlidir. Bu dəmir yolu marşrutunun istifadəyə verilməsi iki ölkənin siyasi və iqtisadi əlaqələrində yeni səhifənin açılmasına səbəb olacaq. İran və Azərbaycan dəmir yolları şəbəkələrinin bir-birinə birləşdirilməsi barədə anlaşma sənədi 2 il öncə Astara şəhərində imzalanmış və layihənin icrasına bir il öncə iki ölkə nazirlərinin iştirakı ilə keçirilən bir mərasimdə start verilmişdi.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. ( Səhər telekanalının rəsmi saytının tərcüməsindən istifadə edilib)

http://shabestan.ir/detail/News/688557

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده