خبرگزاری شبستان

دوشنبه ۳۰ بهمن ۱۳۹۶

الاثنين ٤ جمادى الثانية ١٤٣٩

Monday, February 19, 2018

Servis xəbərlərinin titri

Hacı Allahşükür Paşazadə məscid və ziyarətgahların təmir-bərpasını zəruri sayır

Şəbistan Xəbər Agentliyi: Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhra salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 07, 2018 Xəbər kodu : 32511

Düşmən alimləri cəmiyyətdən təcrid etmək və dini mədrəsələri bağlamaq istəyir
Şəbistan Xəbər Agentliyi: Alimlər cəmiyyətin gözüdürlər. Əgər cəmiyyətdən göz alınsa, hansı istiqamətə hərəkət etdiklərini – yola və yaxud kola tərəf getdiklərini bilməzlər.

Şəbistan Xəbər Agentliyinin  bölgə müxbiri İranın Briçənd şəhərindən xəbər verir ki, şəhərin imam cüməsi Ayətullah Seyid Əlirza İbadi dünən icra orqanların nümayəndələri ilə görüşündə deyib: İnsan namazda Allaha deyir ki, mən yalnız sənin bəndənəm və insanın azadlığı Allaha bəndəçiliyindədir.

 

 

İnsan öz namazını ölçü hesab etməlidir. Namaz onun mizan və tərəzisidir. Əgər bütün insanlar özlərini bu tərəzi ilə ölçsələr, heç bir problem ortaya çıxmaz. Yəni namaz qılmaq və onu bərpa etmək cəmiyyətin şəxsi, ictimai, iqtisadi, siyasi, mədəniyyət və başqa sahələrdəki problemlərini həll edər. Əgər biz hər hansı problemin olduğunu görürüksə, səbəbi bundan ibarətdir ki, Allah bizim özümüzü elə özümüzün öhdəmizə qoymuşdur.

 

 

Namaz qılmaq və namazı cəmiyyətdə təbliğ etmək, yəni namazın bərpasından üstün mədəniyyət yoxdur. Biz nə qədər bu nüsxə əsasında əməl etmişik ki, sonra da çəkinmədən öz müsəlmancasına əməl eməməmizdən qaynaqlanan problemləri İslamın boynuna ataq?

 

 

Müsəlman olmaq, yəni haqqa təslim olmaq, sadə iş deyildir. Əgər biz həqiqətə təslim olsaydıq, bu gün 14 milyon iş məhkəmələrdə hakim masası üstündə olmazdı. Bütün bunların hamısı ona görədir ki, biz namazın, bəndəçiliyin, qul olmağın fəlsəfəsini başa düşməmişik.

 

 

Əgər alimlər cəmiyyəti istiqamətləndirməsəydi, harda olduğumuz hələ də məlum olmazdı. Düşmən ilk növbətə dini elmlər hövzəsini və dini elmlər məktəblərini hədəfə alır, onları bağlamaq istiyir. Din alimlərini təcrid etməyə çalışır. Bu gün də onların məqsədi həmin işdi.

 

 

Alimlər cəmiyyətin gözüdürlər. Əgər cəmiyyətdən göz alınsa, hansı istiqamətə hərəkət etdiklərini – yola və yaxud kola tərəf getdiklərini bilməzlər.

 

http://shabestan.ir/detail/News/687682

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده