خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 07, 2018 Xəbər kodu : 32510

Sinəsini məscid üçün sipər edən mehrab şəhidi
Şəbistan Xəbər Agentliyi: O, 1982-ci ilə Xalq Mücahidlər Təşkilatı, yəni münafiqlər tərəfindən terrora məruz qalır. Ayətullah Məhəmməd Səduqi İran İslam Respublikasının “üçüncü mehrab şəhidi” adlanır.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Məhəmməd Səduqi Yəzd şəhərinin imam cüməsi və vəliyyi - fəqihin bu şəhərdəki nümayəndəsi idi. O, 1982-ci ilə Xalq Mücahidlər Təşkilatı, yəni münafiqlər tərəfindən terrora məruz qalır. Ayətullah Məhəmməd Səduqi İran İslam Respublikasının “üçüncü mehrab şəhidi” adlanır.

 

 

Şəhid Ayətullah Səduqi məscid xidmətləri ilə tanınan bir şəxsiyyət idi. O, bir çox alimlər kimi məscidi özünün mübarizə səngər və meydanı qərar vermişdi. Yəzdin Xətirə məscidində namazdan sonra söhbət edərdi. Zalım şahənşah rejiminin dini və milli dəyərlərə zidd əməllərini xalqa tanıtdırardı.

 

 

Ayətullah Xamenei şəhid Ayətullah Səduqi haqqında gözəl bir xatirə danışır. O, öz xatirələrində deyir: “1977-ci ilin məhərrəm ayı idi. Belə şayə yayıldı ki, Xətirə məscidində silah gizlədilib. Şahın adamları gəldilər və məscidin qapıların bağladılar. Ayətullah Şəhid Səduqi əvvəl bir qədər fikirləşdi sonra dedi ki, məscidin qapısı bağlanıla bilməz. Özü ayağa qalxdı, bir dəstə yaxınları və xalq ilə məscidə tərəf getdi. Məscidə çatanda SAVAK üzvləri və şahın məmurlarına dedi ki, məscidin qapısını niyə bağlayıbsınız? Əgər bir işiniz vardısa, mən hazıram, vurun və xalq ilə nə işiz vardır. Bu yezidsifətlər o böyük şəhidin üzündəki əzəmət və heybəti görəndə heç bir şey edə bilmədilər. Yalnız bir – iki dənə göyə, havaya güllə atdılar”.

 

 

Şəhid edildikdən sonrada o Xətirə məscidində dəfn edildi.

 

 

http://shabestan.ir/detail/News/687788

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده