خبرگزاری شبستان

سه شنبه ۲۷ اردیبهشت ۱۴۰۱

الثلاثاء ١٦ شوّال ١٤٤٣

Tuesday, May 17, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, February 4, 2018 Xəbər kodu : 32476

Məscidlərdən cəmiyyətə köçürülən ictimai davranış mədəniyyəti
Şəbistan Xəbər Agentliyi: İnsanları məscidlərə camaat namazına, cümə namazına səsləməklə İslam dini onların arasında sıx birlik, əməkdaşlıq və səmimiyyət yaradmaq istəyir.

Höccətül - islam vəl - müslimin Məhhəmməd Əli Muvəzzəf Rustəmi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin cəmiyyətdə və insanların arasında dini modeldə münasibətlərin qurulması sahəsində rolundan danışdı və bildirdi ki, İslam dini insanları ictimai həyata sövq edir. Və bu din müsəlmanları ibadət şəkilində də olsa cəmiyyətin arasında fəal iştiraka səsləyir.

 

 

Müsahibimiz qeyd etdi ki, məscidlər ibadət ocağı olmaqla yanaşı insanların ictimai rəftarlarının dini yönümdə təzahür etdiyi bir yerdir. Peyğəmbərimiz (s) buyurmuşdur:

 

 

“Məscid hər bir mömin insanın evidir”.

 

 

Habelə o həzrət buyurmuşdur:

 

 

“Möminin məclisi və oturduğu yer məsciddir”.

 

 

Hədislərdən də göründüyü kimi məscidlər möminlərin ora yığışması üçün bəna edilir. Ona görə də bilməliyik ki, bu müqəddəs evlərdə davranışın xüsusi üsul və çərçivələri vardır. Bu çərçivələr məsciddən götüürülüb bütün cəmiyyətə təqdim edilməlidir. Belə ki, İslam dini məscidi müqəddəs bir ocaq kimi bizə təqdim etmişdir. Burda insanın cəmiyyətdə yeri fonunda kiçik toplumlar şəkilində və onların üzvləri arasında sıx dini, müqəddəs əlaqələrin baş verdiyi dinc mehriban birgəyaşayış təşəkkül tapır. Bu yaşayış Allahın mərkəzliyi əsasında qurulur. Bu model sonradan cəmiyyətə sirayət edilir və bu da məscidin ən böyük funksiyasıdır. Biz bunun “möminanə davranış tərzi” adlandıra bilərik.

 

 

O, daha sonra bildirdi ki, insanları məscidlərə camaat namazına, cümə namazına səsləməklə İslam dini onların arasında sıx birlik, əməkdaşlıq və səmimiyyət yaradmaq istəyir. Bu model bu gün cəmiyyətdə baş verən soyuqluğun da qarşısını ala bilər.

 

http://shabestan.ir/detail/News/686855

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده