خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, February 3, 2018 Xəbər kodu : 32469
Ayətullah Siddiqi əxlaq dərsində
Behiştin dərəcələri Quran ayələri əsasında bölünür
Şəbistan xəbər agentliyi: Tehranın müvəqqəti İmam cüməsi təyyibə həyata yetişməyin şərtinin iman olduğuna işarə edərək dedi: Behiştin dərəcələri Quran ayələri əsasında bölünür.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın müvəqqəti İmam cüməsi və İmam Xumeyni elmi mədrəsəsinin rəhbəri Ayətullah Kazım Siddiqi bu elmi hövzədə keçirilən əxlaq dərsində dedi: Qüdrət, sərvət, elm və bu aləmi əldə etməyə səbəb olan hər bir şey Allahın razılığını qazanmaq üçün bir vasitədir.

O, əlavə etdi ki, insan bu imkanlar vasitəsi ilə Allaha yaxınlaşmağa çalışmalıdır. Habelə özü də başqalarının hidayət olması üçün vasitə olmalıdır.

O, bildirdi ki, Quran çoxlu mövzu və məfhumları bəyan etmişdir ki, hamısı istisnasız olaraq tövhid mehvərində qərar tutur ki, insan xilqətin yaradıcısı ilə tanış olsun. Allah Mübarək Həcc surəsində buyurur: İman bütün əməllərin qəbul olunmasının şərtidir.

Tehranın müvəqqəti İmam cüməsi təyyibə həyata yetişməyin şərtinin iman olduğuna işarə edərək dedi: Allah Quranda insanları imanlı olmağa çağırır. Buna görə də insan daxildən Allahı yad edərək dəyişməlidir. Habelə öz imanını ölçməlidir.

O, Allahı yad və Quranın ayələrinə əməl etməyi imanın üstün dərəcəsinə yetişməyin yolu olduğuna işarə edərk dedi: İnsan yeni bir ayəni tilavət etdiyi zaman həqiqətdə yeni bir dərəcəyə yüksəlmiş olur. Buna görə də behiştin dərəcələri Quran ayələri əsasında bölünür.http://www.shabestan.ir/detail/News/687203

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده