خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, February 3, 2018 Xəbər kodu : 32464

İslam İnqilabı hədislərdə
Şəbistan Xəbər Agentliyi: On dörd əsr bundan qabaq söylənən və bəzi hədis qaynaqlarında keçən bu rəvayətlər bir sıra alimlərin nəzərində İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının həyata keçirə bildiyi İran İslam İnqilbaından xəbər verib:

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, on dörd əsr bundan qabaq bəzi hədis qaynaqlarında keçən bu rəvayətlər bir sıra alimlərin nəzərində İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının həyata keçirə bildiyi İran İslam İnqilbaından xəbər verib:

 

İmam Baqirdən (ə) belə bir hədis nəql edilir: "Sanki görürəm ki, məşriqdən bir qrup qiyam edir, öz haqlarını istəyirlər, lakin onlara etina edtmirlər. Yenidən öz istəklərinə təkid edirlər, lakin yenə müxaliflər bunu qəbul etmirlər. Onlar belə bir vəziyyəti müşahidə etdikləri zaman qılınclarını (silahlarını) çiyinlərinə qoyaraq düşmən qarşısında dayanırlar. Məhz bu zaman onların istəklərinə müsbət cavab verilər, bu dəfə isə onlar qəbul etməzlər, nəhayət hamılıqla qiyam edərlər. Onlar hidayət bayrağını sizin sahibinizin qüdrətli əlindən başqa bir kəsə həvalə etməzlər. Onların öldürülənləri şəhid hesab olunur. Əgər mən o vaxtı görsəydim, bu əmrin sahibinə kömək etmək üçün özümü saxlayardım".

 

 

İmam Musa Kazım (ə) buyurub: “Qum əhalisindən olan bir kişi insanları Haqqa doğru dəvət edəcək. Bir qrup insan onun ətrfına toplaşacaq, onlar polad kimi möhkəm insanlardır, güclü küləklər (baş verən çətin hadisələr) onları yerindən tərpədə bilməz, (Allah uğrunda) müharibələrdən yorulmaz və geri çəkilməzlər, onlar Allaha təvəkkül edərlər. Qələbə sonda təqvalı və pərhizkar insanlarladır.”

http://shabestan.ir/detail/News/687002

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده