خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, February 2, 2018 Xəbər kodu : 32461

Tehranda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsi iclaş keçirib
Şəbistan Xəbər Agentliyi: Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası və "İpək Yolu" üzrə ikinci xüsusi konfransın sədri partiyaların ekstremizmlə mübarizədə və radikal çəkişmələrin azaldılmasındakı təsirli rolunun önəmini vurğulayıb

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası və "İpək Yolu" üzrə ikinci xüsusi konfrans İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçının və müxtəlif ölkələrdən olan siyasi şəxsiyyətlərin iştirakı ilə Tehranda işə başlayıb.

 

Bu konfrans cümə günü 25 Asiya ölkəsindən olan qırx siyasi partiyanın və təşkilatın rəhbərləri, baş katibləri və məsul şəxslərindən yüz nəfərin, eləcə də regional və beynəlxalq təşkilatların məsul şəxslərinin iştirakı ilə keçirilib.

 

Bu beynəlxalq konfransın iştirakçıları müxtəlif iclaslarda üç əsas mövzuda- "partiyaların gərginliklərin azaldılmasında və ekstremizmlə mübarizədəki rolu"; "partiyalar və sabit şəhər inkişafı" və "partiyaların siyasi inkişaf, mədəniyyət mübadiləsi və İpək Yolu istiqamətində ticarət mübadilələrinin genişləndirilməsindəki rolu" mövzularında çıxışlar edəcəklər.

 

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclasında iştirak edən ölkələrin yarısından çoxunu islami ölkələr təmsil edirlər.

 

Tehrandakı bəzi xarici ölkələrin səfirləri, həmçinin Çin, Türkiyə, İraq, Yaponiya, Hindistan, Pakistan və Livanın nümayəndələri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclasında iştirak edirlər.

 

İran xarici işlər nazirinin siyasi Seyid Abbas İraqçı konfransının kənarında müxbirlərlə söhbətində deyib: Amerika İran İslam Respublikasını Təhlükəsizlik Şurasına çəkməyə səy göstərməkdə məğlub olubdur.

 

Amerikanın BMT-dəki nümayəndəsi Nikki Heylinin Vaşinqtonda Təhlükəsizlik Şurasının üzvləri qarşısında raket parçalarını nümayiş etdirmək üzrə son hərəkətləri Amerika dövlətinin nümayişkaranə hərəkəti olubdur.

 

http://shabestan.ir/detail/News/686757

http://shabestan.ir/detail/News/686753

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده