خبرگزاری شبستان

یکشنبه ۱ خرداد ۱۴۰۱

الأحد ٢١ شوّال ١٤٤٣

Sunday, May 22, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, February 1, 2018 Xəbər kodu : 32447

Məscid barədə faydalı kitablar azdır
Şəbistan Xəbər Agentliyi: Məktəblilərin məscidin adabı, məsciddə davranış qaydaları, Allahın evləri ilə bağlı geniş və hərtərəfli baxışa ehtiyacları vardır. Bir halda ki, biz hal - hazırda belə bir kitabı tanımırıq.

 

Məscid barədə faydalı kitabların yeri boşdur

 

 

Höccətül - islam vəl - müslimin  Əkbər Məhdipur Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində müasir dövrdə məscid və məscid meyarları haqqında əldə olan ədəbiyyatlardan danışdı.

 

 

O bildirdi ki, çox təəssüf olsun ki, məscidin İslam aləmində geniş funksiya və yerinə baxmayaraq onun barəsində az kitablar yazılmışdır. Əfsuslar olsun ki, bu barədə yazılan kitabların çoxu günün tələbatına cavab vermir. Belə ki, bu kitablar məscidlərin tarixi, incəsənətlə bağlı tərəflərini və məscidləri tanıtmaqla kifayətlənirlər. Məscidin mərkəzi rolunu göstərən, cəmiyyəti məscidlə bağlayan, insanların bu ibadət evlərində, mənəvi məkanlarda hüzurlarını gücləndirən ya məscid idarəçiləri, icmaları və xadimləri üçün fəaliyyət proqramları və üslublarını aşılayan və göstərən kitabların yeri boşdur. Bu gün uşaqların və yeniyetmələrin məscidə bağlılığını möhkəmlədirən ədəbiyyatlara ehtiyacımız vardır. Məktəblilərin məscidin adabı, məsciddə davranış qaydaları, Allahın evləri ilə bağlı geniş və hərtərəfli baxışa ehtiyacları vardır. Bir halda ki, biz hal - hazırda belə bir kitabı tanımırıq. Ümumiyyətlə, deyə bilərik ki, bu sahədə faydalı və dərdə dəyən, başqa bir sözlə desək, praktiki yön və faydası, əməli səmərəsi olan kitablar olduqca az və ya yox həddindədir.

 

 

Bu günki əsirdə məscidlər mədəniyyət mərkəzləri və xalqın dayaq nöqtəsinə çevrilməlidirlər. Məscidlər ictimaiyyətin xalqa məxsus olan yeri kimi rəsmi olaraq tanınmalıdırlar.

 

 

http://shabestan.ir/detail/News/685677

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده