خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, February 1, 2018 Xəbər kodu : 32443

Fərəcin intizarı Salman Farsiyə nə etdi?
Şəbistan xəbər agentliyi: Gənc gələcəyi düşünür. Bu gələcək dünya həyatına aid olsa da onu axirətdən uzaqlaşdırmır. Onun çox nurani və mənəvi həyatı olur. İntizar gəncin ruhunu gələcəyə bağlayır. Onu indiki zamana məhdudlaşmadan xilas edir.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan dəyərli “Avamcasına, arifcəsinə və alimcəsinə intizar” kitabında yazır:

 Gənc insan gələcəyə baxır və həddindən artıq gələcəyi düşünür. Buna görə də gələcəyə aid olan Məhdviyyətlə daha rahat əlaqə qurur. Amma bu gələcəyi gərək onun üçün gözəl tərzdə canlandıraq.

 Əgər Məhdəviyyəti ona parlaq gələcək və gəncin istəyinə uyğun gələcək kimi tanıtmasaq, o öz gələcəyi və qarşındakı dünyanı içi boş saray kimi təsəvvür edəcək ya onu xəyalında yaradacaq. Ən gözəl xəyallarını boş gələcəkdə yaradacaq. Bu zaman bilirsiniz nə baş verəcək?  Bu zaman gənc insan yaşadığı həyatda və qurmaq istədiyi həyatda məğlubiyyətə uğrayacaq. Əgər gəncin gələcəyə baxışını Məhdəviyyətə bağlamasaq, o öz ümidi nədən alacaq?

 Bilirsiz  Fərəcin intizarı Salman Farsiyə nə etdi? Həzrət Mühəmməd (s) ona İmam Zamanın (ə) hakimiyyəti dövrü rəcət edəcəyi vədəsini verdikdə sevincinin həddi-hüdudu olmadı və bunun nəticəsində ağladı və dedi: “Həzət Peyğəmbərin (s) yanından xaric olduqdan sonra artıq mənim üçün nə zaman öləcəyimin fərqi yox idi. (Biharul-ənvar, c 25, s 178)

فَقُمتُ بَینَ یَدی رَسولِ الله و ما یُبالی سلمانِ مَتَی المَوتَ او لَقیه»؛

http://shabestan.ir/detail/News/685643

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده