خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 31, 2018 Xəbər kodu : 32437

Məscidlərə qayıdış
Şəbistan Xəbər Agentliyi: Əgər İslam Allaha yaxınlaşmaq üçün bir vasitədirsə, onda məscidlər də bu yaxınlaşmaqda xüsusi yerə malik olacaqdırlar. Deməli, Allah məscidləri özünün tanınması və ona mərifət tapılması üçün evlər qərar vermişdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki,  İran İslam İnqilabının qələbəsi münasibəti ilə keçiriləcək təntənəli bayram on günlüyünün - Fəcr ongünlüyünə hazırlıq işləri gedir.

 

Fəcr ongünlüyü tədbirlərinin Təşkilat Komitəsinin Məscidlər üzrə Qərargahının rəisi höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani bu gün brifinq keçirib.

 

 

Brifinqdə o bildirib ki, İmam Xomeyninin düşüncəsində Hədid surəsinin 25 və 26 ayələrinə əsasən dövlət quruculuğunun hədəfi insanın yaradılışının son məqsədi olan Allaha qovuşmaq üçün vasitə rolunu oynamaqdır.

 

Rəsmi daha sonra Zariyat surəsini ayələrin işarə edərək bildirdi ki, Əllamə Təbatəbai ayədə deyilən “İnsan və cinləri yalnız ibadət üçün yaratdıq” fikirindəki ibadətin tanımaq və mərifət mənasında olduğunu bildirdi. Sonra o gözəl bir nəticə aldı: Əgər İslam hərəkatı Allaha yaxınlaşmaq üçün bir vasitədirsə, onda məscidlər də bu yaxınlaşmaqda xüsusi yerə malik olacaqdırlar. Deməli, Allah məscidləri özünün tanınması və ona mərifət tapılması üçün evlər qərar vermişdir.

 

 

Əgər məscidin funksiyasını yalnız ibadətlərlə, dini ayinlərin yerinə yetirilməsi ilə məhdudlaşdırsaq, onun ictimai funksiyalarını ondan alsaq, məscidə zülm etmiş olarıq. Çünki o yalnız ibadət üçün bir məkan olacaqdır.

 

 

Məsciddə görülən hər bir işin ibadət boyağı və ilahi rəngi olmalıdır. Məsələn: gənclər üçün proqram əsasında iş görmək, yoxsul və ehtiyaclılara yardımlar, yaşlılara kömək və s... məscidin funksiyalarının yeniləşməsinə və gündəlik təlabatla ayaqlaşmasına səbəb olacaqdır. Məsciddə fəaliyyət göstərən icmalar buna diqqətlə əməl etməlidirlər.

 

 

http://shabestan.ir/detail/News/686137

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده