خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 29, 2018 Xəbər kodu : 32404

Əhli-Beytlə (ə) ünsiyyət məscidlərin tədbirlər proqramına salınmalıdır
Şəbistan Xəbər Agentliyi: “Xalqımız Əhli - Beytin (ə) təlimləri ilə ünsiyyət qurub, onlarla munisdir”.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ümumiran Məscidlərinin Mədəniyyət - İncəsənət Mərkəzləri ilə iş üzrə Dövlət Komitəsinin sədri höccətül - islam vəl - müslimin dr. Həbib Rza Ərzani bu gün başçılıq etdiyi idarənin yerli təşkilatları üçün hazırlanan yeni proqram lahiyəsindən danışıb.

 

 

O, proqram layihəsinə “məsciddə möminlərin ictimai birgəyaşayışının yüksəldirilməsi” və tolerantlıq hissinin aşılanmasının da daxil etdiyini deyib.

 

 

Natiq bildirib ki, “Əhli - Beyitlə (ə) ünsiyyət” bəndi də məscidlərin tədbirlər proqramlarına daxil edilməlidir.

 

 

“Bəzən yaddan çıxardırıq ki, öz proqram və konsepsiyalarımız Əhli - Beyt (ə) təlimlərinin mərkəzçiliyi əsasında qurulmalıdır. Məsələn, dini rəhbərliyi dəqiq və düzgün tanıtmaq üçün birinci növbədə vilayəti - fəqih məsələsi və islam qurluşunun dini köklərini xalqa bəyan edib başa salmalıyıq. Biz dini demokratiya və xalqın hakimiyyəti kimi anlayışları onların düzgün formasında xalqa tanıtdırmalıdır. Yalnış çıxarışlar və fikirlərin qabağını almalıyıq. Məsələn, bəziləri belə fikirləşirlər ki, demokratiya və xalqın hakimiyyəti dini xalqdan ayrılmaq üçündür. Halbuki bu belə deyildir. Bizim ideologiyamız dindən qaynaqlanır. Qanun və hüququmuz dinə əsaslanır. Lakin metod və üslublarımız isə xalqdan götürülmədir”, - deyə Məscidlərinin Mədəniyyət - İncəsənət Mərkəzləri ilə iş üzrə Dövlət Komitəsinin sədri sözünü əsaslandırıb.

 

 

Höccətül - islam vəl - müslimin dr. Həbib Rza Ərzani çıxışını belə davam edib: Dini qanunları dayandırmaq olmaz. Əgər ölkəni idarə etmək standartları dəyişsə belə, dini qanunlar işləməlidir.

 

 

O, daha sonra dini təlimlərin daha da xalqa səmərəli çatdırılmasından söz salıb: Bizim xalqımız Əhli - Beytin (ə) təlimləri ilə ünsiyyət qurub, onlarla munisdir. Biz bu günlərdə Həzrəti Fatimə (s)-nın qəlblərdə olan xüsusi yer və məqamına söykənərək qurluşun nailiyyətlərini xalqa çatdırmalıyıq.

 

 

http://shabestan.ir/detail/News/685567

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده