خبرگزاری شبستان

سه شنبه ۱ خرداد ۱۳۹۷

الثلاثاء ٨ رمضان ١٤٣٩

Tuesday, May 22, 2018

Servis xəbərlərinin titri

Həyat insana verilən əmanətdir

Şəbistan Xəbər Agentliyi: İnsan bu məqama çatmaq üçün Allah ona əmanət kimi verdiyi həyatı, həyatı boyu dinin göstərişlərinə riayət etməklə, bu mərtəbəyə çata bilər. Bu kitabda Allah tərəfindən göndərilən qanunların əsl mahiyyəti aşılanır və onlara riayət etməklə insan öz həyatından yüksək məqamlara çatmaqda ilham ala bilər.

Servis Əsas səhifə Zaman :   Monday, January 22, 2018 Xəbər kodu : 32325

Avropalılar da ƏBFP-nı pozmayacaqlar
Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri: Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri Ələddin Brucerdi Şəbistan Xəbər Agentliyinin parlament üzrə müxbirinə eksklüziv müsahibə Verdi.

 

 

Müsahibəsində Ələddin Brucerdi bunları dedi: İranın Əhatəli Birgə Fəaliyyət Planı (ƏBFP) ilə baglı mövqeyi aydındır. Biz bu razılaşmanı pozmaqda birinci olmayacagıq. Bu razılaşmanı pozan ilk ölkə Amerikadır. ABŞ bu sahədə razılaşmadan çoxlu yayınma hallarını və buna yol açan zəminləri nümayiş etdirmişdir. Vaşinqtonun belə addımları bu sazişi imza edən dövlətlər tərəfindən məhkum edilmişdir.

 

 

O sonra Rusiya və Çinin Amerikanın addımları ilə baglı mövqeyinə aydınlıq gətirdi: Amerikalılar əyri yolun başlancıgındadırlar. Onlar Trampın iddia və meydan oxumasının, yəni sanksiyaların təxirə salınmasınıproqramlaşdıra bilmədilər. Onların bu iddiaları həyata keçmədi.

 

 

 

Bütün bunlara baxmayaraq biz gələcək dəyişiklikləri gözləməliyik. Hal - hazırda Amerikanın ƏBFP ilə baglı akt və razılaşmasını pozmagından başqa heç bir tərəf əhdə vəfasızdıq etməmişdir.

 

 

Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

 

 

Ələddin Brucerdi daha sonra qeyd etdi ki, avropalılar da Trampın addımlarının qəti əleyhinədirlər. Təsəvvür etmirik ki, onlar bu oyunu (razılaşmanı) pozmaq istəsinlər.

 

http://shabestan.ir/detail/News/683926

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده