خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 22, 2018 Xəbər kodu : 32324

Ruhanilər Peygəmbərin (s) həyat tərzinə uyğun yaşamalıdırlar
Şəbistan Xəbər Agentliyi: Ruhaninin həyat tərzi başqasından tamam fərqlənməlidir. Bu ruhaninin davranışının cəmiyyətə bir örnək olması üçün gərəklidir.

 

 

Ruhaninin həyat tərzi Peygəmbərin (s) yaşayışı kimi olmalıdır.

 

 

Şəbistan Xəbər Agentliyinin Şiraz üzrə bölgə müxbiri bu əyalətin rayonlarından birinin imam cüməsi höccətül - islam vəl - müslimin Seyid Rza Şahçıragın “İslam həyat tərzi” mövzusunda keçirilən toplantıdakı çıxışının xilasəsini redaksiyamıza göndərib.

 

 

 

Mövzunun əhəmiyyətini nəzərə alaraq həmin yazını oxuculara təqdim edirik.

 

 

 

Alim çıxışında deyib: Dini elmləri kəsb edib və sonra təblig edən ruhani və ilahiyyatçi bunu öz həyat tərzində də ona əks etdrməli, necə deyərlər mömincəsinə yaşamalıdır. “Mömincəsinə yaşamaq” deyəndə məqsədimiz bundan ibarətdir ki, dini təlimlərdə deyilən bütün göstəriş və tövsiyələrə əməl etməlidir. Çünki dini öz çeşməsindən alan ruhani və ilahiyyatçı özü də örnək və ülgü olmalıdır. Başqa sözlə desək, ruhani və dini tələbələrin yaşam tərzi Həzrət Peygəmbərin (s) həyatına oxşamalıdır.

 

 

 

Düşmənlər dini həyat tərzinə basqılar edirlər. Bu da ailə və yaşam tərzimizdə zərbə və ləqkələrin yaranmasına səbəb olmuşdur. Ruhanilər bu sahədə əməli addım atmalıdırlar. Onlar praktiki olaraq din yaşam tərzin göstərməlidirlər. Çünki xalq ruhanilərdən bunu gözləyir. Əgər ruhani və ilahiyyatçi özü dinin dediyi kimi yaşamasa, insanlar bir növ dinə bədbin olub soyuyacaqlar.

 

 

 

Dindar və ruhani həyat tərzinin faktorları inanclardan, dəyərlərdən və dini normativlərdən ibarətdir. Yəni ruhani bütün müsəlmanlara oxşar inanclara malikdir, lakin onlardan daha dəqiq əsaslara söykənir. Dəyərlər və normativlərə gəldikdə isə hamıdan birinci növbədə o özü onlara əməl etməlidir. Ruhaninin həyat tərzi başqasından tamam fərqlənməlidir. Bu ruhaninin davranışının bir örnək olması üçün gərəklidir.

 

 

 

http://shabestan.ir/detail/News/684125

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده