خبرگزاری شبستان

شنبه ۲۷ مرداد ۱۳۹۷

السبت ٧ ذو الحجّة ١٤٣٩

Saturday, August 18, 2018

Servis xəbərlərinin titri

Azad insanlar Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdilər

Şəbistan xəbər agentliyi: Şirazın İmam cüməsi azad insanların Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdiklərinə işarə edərək dedi: İran İslam İnqilabı çox böyük hədəflərlə baş verdi.

Servis Əsas səhifə Zaman :   Monday, January 22, 2018 Xəbər kodu : 32319
Məhdəviyyət nəşriyyat bazarında…..
İmam Zamanın (ə) salamlığı duası Höccətül-islam Qiraətinin dili ilə
Şəbistan xəbər agentliyi: “İmam Zamanın (ə) salamatlığı duasının şərhi” Höccətül-islam vəl-müslimin Mohsin Qiraətinin dili ilə kitabı Mehdi mövud (ə) mədəni-maarif mərkəzi tərəfdən çap olundu.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin müxbirinin verdiyi xəbərə əsasən İmam Zamanın (ə) salamatlığı duasının şərhi” Höccətül-islam vəl-müslimin Mohsin Qiraətinin dili ilə kitabı Həsən Səlim Abadi tərəfdən qələmə alındı və Mehdi mövud (ə) mədəni-maarif mərkəzi tərəfdən səksən dörd səhifədə çap olundu.

Kitabın bir hissəsini birlikdə oxuyaq:

İmam Zamanın (ə) salamatlığı duası

Hamı İmam Zaman (ə) qarşısında məsuliyyət daşıyır. Ona nisbət vəzifələri vardır. Bu vəzifələrdən biri Onun sağlamlığına səbəb olan əməlləri yerinə yetirməkdir. Məsələn: Sədəqə vermək və dua etmək.

Əgər bir şəxs İmam Zamanın (ə) sağlamlığı üçün sədəqə verməsə və dua etməsə, Allah mütəal Onun mübarək vücudunu hadisələrdən və bəlalardan Amanda saxlayar və qoruyar. Əsas məsələ budur ki, bu əməllərin İmam Zamana (ə) xeyiri və faydası olmamazdan əvvəl bu işləri görən insanlara faydası və xeyiri vardır. Məsələn: Namaz qılmaq, əgər bütün insanlar kafir olsalar və namaz qılmasalar, Allah mütəalın əzəmətindən bir zərrə qədər də azalmayacaq. Allah mütəal da bəndələrinin ibadətlərinə ehtiyac duymur. İnsan vəzifəsinə və Allahın lütfünə möhtac olduğuna görə ibadət edir. Kim namaz qılsa, Allahın ona verdiyi nemətlərə şükür etsə, ona çoxlu fayda və mənfəət nəsib olacaq. Eləcə də İmam Zamana (ə) dua etməyin faydalarından və nəticələrindən biri Onun xüsusi diqqət və inayətini cəlb etməkdir.

http://shabestan.ir/detail/News/681874

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده