خبرگزاری شبستان

شنبه ۲۷ مرداد ۱۳۹۷

السبت ٧ ذو الحجّة ١٤٣٩

Saturday, August 18, 2018

Servis xəbərlərinin titri

Azad insanlar Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdilər

Şəbistan xəbər agentliyi: Şirazın İmam cüməsi azad insanların Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdiklərinə işarə edərək dedi: İran İslam İnqilabı çox böyük hədəflərlə baş verdi.

Servis Əsas səhifə Zaman :   Monday, January 22, 2018 Xəbər kodu : 32311

Afrin əməliyyatı; Türk və Kürd mediası nə yazır? - ƏTRAFLI
Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və "Azad Suriya ordusu" müxalifət birləşmələrinə dəstək göstərir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir. Məlumata görə,  quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Dünən Türk ordusu YPG mövqelərinə havadan zərbələr endirib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. 

Qeyd edək ki, Türkiyə silahlı qüvvələrinin baş qərargahı dünən yerli vaxtla saat 17:00-da Afrin məntəqəsində "Zeytun budağı" adı altında hərbi əməliyyatlara başlandığını bildirib.

Türkiyə qırıcılarının Suriya sərhədlərini keçərək, Suriya ərazisinə daxil olmasının ardınca Afrindən partlayış səsləri yüksəlməyə başlayıb.

Türkiyənin ordu qüvvələri təhlükəsizlik tədbirlərinin artırılması məqsədi ilə sakinlərdən sərhəd məntəqəyə yaxınlaşmamalarını istəyiblər.

Türkiyə Silahlı Qüvvələri həmçinin yaydığı bəyanatda YPG-nin 153 hədəfinin vurulduğunu bildirib.

 

İlk dəfə...

Türkiyənin hökümət sözcüsü Bəkir Bozdağ "Əsəd rejimi" deyil, "Suriya Dövləti" kəlməsindən istifadə edib.

Türkiyənin yaydığı yazılı çaıqlama, həmçinin Türkiyə hökümət sözcüsü Bəkir Bozdağın açıqlamasında  "Suriya Dövləti" kəlməsindən istifadə olunub.

Bozdağın açıqlamasında "Türkiyənin başlatdığı bu hərəkat Suriya Dövlətinə, Suriya xalqına, Suriyanın torpaq bütünlüyünə, suverenlik və siyasi birliyinə, bölgədə yaşayan Türkmən, Kürd və Ərəb qardaşlarımıza qarşı bir hərəkat deyil. İŞİD, PKK, PYD və YPG terror qruplaşmalarına qarşı başladılan bir hərəkatdır.", - deyə qeyd edib.

 

Çavuşoğlu: Suriya rejiminə yazılı məlumat verdik

Türkiyə XİN başçısı əməliyyatdan öncə Suriya rejiminə yazılı məlumat verdiyini açıqlayıb.

"Nəticədə onların İstanbulda baş konsulluğu var. Biz Fırat Qalxanı əməliyyatında da nəticədə bu rejimlə bir bağlılığımız olmasa da, BMT qeydiyyatlarında Suriya rejimi hələ davam edir. Dolayısıyla yazılı bir məlumat verdik. Bu, onlardan icazə almaq mənasını vermir, beynəlxalq hüquqa uyöun hərəkət etdiyimiz üçün belə bir yazılı məlumat vermiş olduq.", -deyə Mövlud Çavuşoğlu qeyd edib. Qeyd edək ki, Suriya höküməti onlara məlumat verilmədiyini bildirib. Bu haqda Reuters Suriya rəsmilərinə istinadən məlumat yayıblar. SANA isə Suriya Dövlətinin Türkiyənin bu hücumunu sərt şəkildə qınadıqlarını qeyd edib.

Türkiyə Diyanəti əməliyyata xeyir-dua verib

Haber7 xəbər verir ki, Diyanət (Dini İşlər İdarəsi) - dünən yaydığı bəyanatda terrorçulara qarşı əməliyyatın uğurlu alınması üçün axşam saatlarına məscidlərdə Fəth surələri oxunacaq. Bəyanatda "bütün məscid məsullarından buna əməl etmələrinə artıq dərəcədə xahiş edirik.", - kəlmələri də istifadə edilib.

"Sol" qəzeti: İrandan Afrin açıqlaması...

İranın Xarici İİşlər nazirinin müavini Cabir Ənsari bu haqda "Hər hansı bir əməliyyat konqresə müsbət və ya mənfi təsir edə bilər. Suriyadakı atəşkəsin qarant ölkələrinin belə bir şeyin olmaması üçün hərəkətə keçəcəklərinə ümid edirik.", -deyə bildirib.

 

Kürd mediası nə yazır?

"Rudav" telekanalı  hücum zamanı 7 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib. Kürd telekenalı həmçinin hücumda mülkü vətəndaşların da ölməsi haqda məlumat yayıb.

YPG Rusiyaya mesaj verib

"Rudav" telekanalı: YPG bununla bağlı yazılı bəyanat yayıb. Bəyanatda deyilir: "Beynəlxalq güclərin, başda Rusiyanın, hansıki Afrində rus əsgərləri də var - onların razılığı olmadan bu hücumların həyata keçməsi mümkün olmadığını yaxşı bilirik. Buna görə də, bu hücumlardan və həyata keçən qətliamdan, Türk dövləti qədər Rusiya da məsuliyyət daşıyır. Afrin Xalq Müdafiə Birlikləri komandanlığı vətənpərvər xalqımıza, bütün Şimali Suriya və Afrin sakinlərinə çağırışımız budur; Türk dövlətinin oyunları ilə məğlub olmayacağıq. Bu günə qədər görüldüyü kimi, heçbir şəkildə Afrin xalqı yerini tərk etmədi və düşmənin planlaşdırdığı kimi Afrini tərk etməyəcək. (qeyd edək ki, bəyanatda Türk dövləti faşist olaraq qeyd edilib"

Rusdilli kürd mediası: 4 Türk əsgəri öldürülüb

Məlumata görə, Afrinin Bülbül bölgəsində 4 Türkiyə Ordusunun əsgəri öldürülüb.

ANF agentliyi: Bilbiledə Türk Ordusuna ağır zərbələr...

ANF xəbər agentliyi Bilbile adlandırdıqları Afrinə bağlı bir kənddə Türkiyə Ordusuna PKK döyüşçülərinin hücum etdiyi və çox sayda Türk əsgərinin öldürülməsindən xəbər verib. Bu bölgəyə bu gün, səhər saatlarıda qırıcıların hücumundan sonra 3 YPG döyüşçüsünün öldürüldüyünü yazıb.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده