خبرگزاری شبستان

یکشنبه ۲۹ مهر ۱۳۹۷

الأحد ١١ صفر ١٤٤٠

Sunday, October 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 22, 2018 Xəbər kodu : 32310

Özünə nəzarət etmək və özündən hesab istəməyin şərtləri
Mühasibə - özünü hesaba çəkmək və müraqibə - özünü daim nəzarət və təftişdə saxlamaq o zaman təsirli olur ki, bu şərtlərə malik olsun

Mühasibə - özünü hesaba çəkmək və müraqibə - özünü daim nəzarət və təftişdə saxlamaqo zaman təsirli olur ki, bu şərtlərə malik olsun:

 

1. Davamlı olaraq özünü Allahın dərgahında görmək. İnsan gərək bilsin ki, Allah Təala davamlı olaraq bizim əməllərimizə hazır və nazirdir. Bu halın insan nəfsində tərbiyə olunması səbəb olar ki, o, Allah razılığını qazanan əməllər yerinə yetirsin. Ona görə də təqvalı olub, nəfsi Allahın razılığına səbəb olmayan işlərdən saxlamaq lazımdır. Nəfsimizi Qiyamət gününün sabahısı günü üçün hesab verməyə hazır etməliyik.

“Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18).

 

2. Yaxşı əməllərə görə qürurlanmamaq. Mühasibənin təsirli olması üçün gərək yerinə yetirdiyimiz yaxşı əməllər bizi yersiz qürura düçar etməsin. Yəni, o zaman ki, yaxşı əməllər yerinə yetiririk, deməyək ki, artıq əməllərimizi mühasibə etməyə ehtiyac yoxdur. Əmirəl-möminin (ə) təqva əhli barəsində buyurur: “Az əməllərindən razı olmazlar və onların çoxunu çox hesab etməzlər. Özlərini Allah itaətində səhlənkarlıq etməklə ittiham edərlər və əməllərindən qorxarlar”.

 

3. Qəlbə nəzarət etmək. Qəlb – bütün bədəni idarə edən bir üzvdür və əgər qəlbə nəzarət olunarsa bədənin başqa üzvləri də ona tabe olar.

Ona görədir ki, İmam Sadiq (ə) buyurur: “Qəlbini dilinin qibləsində qərar ver, belə ki, qəlbin işarəsi olmadan hərəkətə gəlməsin”.

 

Şeyx Əttarın bu barədə bir təmsili vardır. Təmsildə nəql edilir ki, bir abid 400 il ibadət edir və xəlqdən inzivaya çəkilir. Ortasında ağac olan bir dörd divar içində Allaha ibadətlə məşğul olur. Xoş səsi olan bir quş bu evin tavanında yuva qurur və abid bu quşun səsinə adət edir. O zaman ki, quş avaz oxuyur, abidin diqqətini Allahdan yayındırır. Ona görə də Allah Təala o zamanın peyğəmbəri (ə) vasitəsilə abidə xəbər göndərir və buyurur:“Gecə və gündüz etdiyin bütün bu ibadətləri və illər boyu Mənim eşqimdən yanıb kül olmağını bir quşun xoş səsinə satmısan”.

Yəni, insanın qəflət etməyinin səbəbi qəlbində gizlənir. Əgər qəlbin ibadətə görə hüzuru yoxdursa, öz təsirini göstərməz və qəflət edər. Ona görə də insan davamlı olaraq qəlbinə nəzarət etməlidir ki, Əziz və Mehriban olan Allahdan qafil olmasın.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده