خبرگزاری شبستان

پنج شنبه ۳ اسفند ۱۳۹۶

الخميس ٧ جمادى الثانية ١٤٣٩

Thursday, February 22, 2018

Servis xəbərlərinin titri

Həzrəti Zəhra (s) imamət və vilayətin ilk müdafiəçisi idi

Şəbistan Xəbər Agentliyi: Atası öz qızına “atasının anası” deyə xitab edərdi. Həzrəti Fatimə (s) “cənnət qadınlarının seyyidəsi və xanımı”dır. Övladları da cənnət cavanlarının sərvərləridir.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Sunday, January 21, 2018 Xəbər kodu : 32303

İmam Zaman (əleyhis salam) neçə il hakimiyyət edəcək?
Şəbistan xəbər agentliyi: İmam Zamanın (əleyhis salam) hakimiyyətinin neçə il olacağı haqda olan hədislərin bir-biri ilə ixtilafı vardır. İmam Zamanın (əleyhis salam) hakimiyyətinin illəri müxtəlif və bir-birindən fərqlənir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin verdiyi xəbərə əsasən İmam Zamanın (əleyhis salam) hakimiyyət dövrü məlum deyil. Çünki bu haqda hədis kitablarında nəql olunmuş hədislər müxtəlifdir. Hədislərdə İmam Zamanın (əleyhis salam) hakimiyyəti müddəti müxtəlifdir. Bəzi hədislərdə qırx gün (Futuhati Məkkiyyə, s 31), bəzisi yeddi il (Yənabiul-məvəddət, s 331), yeddi, səkkiz və ya doqquz il (Əş-şiə və rəcət, c 1, s 224), on il (Yenə orada), on doqquz il (Ğeybət Nomani, s 331), iyirmi il (Yenə orada), üç yüz doqquz il (Biharul-ənvar, c 52, s 291).

Alimləri bir qrupu bu hədisləri şərh olunmasının tərəfdarıdırlar. Yoxsa, hədislər arasında olan ziddiyyət o qədərdir ki, onların hamısını etibardan salır. Yalnız Əhli-beytin (əleyhimus salam) hədislərində gəlmiş yeddi ili qəbul edə bilərik.

  İmam Baqir (əlehis salam) İmam Zamanın (əleyhis salam) hakimiyyətini vaxtı haqda Əbu Bəsirə buyurur: “Fələk öz dövrünü o qədər azaldacaq ki, hər il on il çəkəcək.”

Əbu Bəsir soruşdu: İllərin bu qədər uzanması mümkündürmü? İmam Baqir (ə) buyurdu: “ Allah mütəal əmr edəcək ki, fələklər hərəkətini azaltsın.

Əbu Bəsir soruşdu: Əgər fələklərin dövrü dəyişsə, bir-birinə dəyməzlər? İmam Baqir (ə) buyurdu: Bu kafirlərin sözüdür. Müsəlman belə söz deməz. Allah-taala Peyğəmbərinə (s) görə ayı parçaladı. Günəşi Yuşə ibn Nun üçün qaytardı və xəbər Verdi ki, qiyamətin bir günün min ilə bərabərdir. (Əl-irşad, s 345)  http://shabestan.ir/detail/News/679918

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده