خبرگزاری شبستان

شنبه ۲۸ مهر ۱۳۹۷

السبت ١٠ صفر ١٤٤٠

Saturday, October 20, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 21, 2018 Xəbər kodu : 32301
Höccətül-islam mömini:
Həzrət İmam Zamanın (ə) bir baxışı ilə şəfa tapma hadisəsi
Şəbistan xəbər agentliyi: İnsan Allahı olmadığına inandığı zaman ümidsiz olmalıdır. Ya da İmam Zaman (ə), İmam Rza (ə) və digər imamların olmadığına inansa, ümidsiz olmalıdır. Amma bu şəxsiyyətlər olduğu təqdirdə ümidsiz olma haqqı yoxdur.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinin teleqram kanalına əsasən verdiyi xəbərə əsasən dini ekspert Höccətül-islam vəl-müslimin Hüseyn Mömini dedi: Bir şəxs nəql edir ki, Qumdan Tehrana yollandı və Sultanul-vaizinin hüzuruna yetişdi. Sultanın yanında bir şəxs var idi. Sultan ondan başına gələn hadisəni danışmağı istədi.

 O, kişi dedi: bir gün sübh namazını qılmaq üçün yuxadan oyandım. Gördüm bədənimin gücü yoxdur. İflic olmuşam və yerimdan qalxa bilmirəm. Ailə və uşaqlar bu hadisədən xəbərdar oldular. Onların köməyi ilə dəstəmaz alıb, nazamımı qıldım. Ailəm günün doğuşundan sonar həkim çağırdı ki, məni müayinə etsin. Həkim məni müayinə etdi və həyat yoldaşıma dedi: Həyat yoldaşım sağalmayacaqş Bədəninin yarısı iflic olub.

Xanım ümidsiz olmadı və ərini xəstəxanaya apardı və yatıcdırdı. Bir ay müalicə gördü və həkimlərin elmi şurası sonda bu qadına dedilər ki, yer üzündə ərinin müalicəsi yoxdur. 

 Onlar evə qayıtdılar. Kişi xanımına dedi: Məni Kərbəlaya apar. İmam Hüseyn (ə) insanı qapısından boş qaytarmır.

Biz yola düşdük və Kazimeyn şəhərinə çatdıq. Xanımıma dedim: Əvvəl Kərbəlaya gedək. Biz Rəcəb ayının ilk günlərində Kərbəlaya çatdıq. Hər gün İmam Hüseynin (ə) hərəminə gedib, dua edirdim. 

 Rəcəb ayının iyirmisi çatdı. Amma mən şəfa tapmadım. Xanımıma dedi: Elə bil Allah mənim şəfa tapmamı istəmir. Gedək digər imamların ziyarətinə Ramazan ayı başlamazdan əvvəl evə qayıdaq.

 Kərbəla ilə vidalaşıb, Samirraya tərəf yollandıq. Hava qaralırdı. Səhrada bir səhra adamı gördük ki, əlini sallayırdı.

Sürücü maşını saxladı və o kişi gəlib sürücünün yanında əyləşdi. Bir azdan Quran oxumağa başladı.  Həmin kişi bu ayəni oxudu:

وَ يُطْعِمُونَ الطَّعامَ عَلي حُبِّهِ مِسْکيناً وَ يَتيماً وَ أَسيراً؛

Özlərinin ehtiyacları olduğu halda yeməklərini yoxsula, yetimə və əsirə verirlər.

 Sonra kişi sürücüyə dedi: Məşhədə getmək istəyirsə? Dedi: Çox istəyirəm. Amma pulum yoxdur. Kişi ona pul verib dedi: Bu pulla ailənlə Məşhədə get bu pulu da əmanət saxla. Bu adda bir şəxs sənin yanına gələcək. Bu pulu ona verib de: Bizdən bundan artıq istəməmişdin!!  Bu kişi sürücü ilə söhbətdən sonar mənə baxdı və mən şəfa tapdım.

http://shabestan.ir/detail/News/683733

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده