خبرگزاری شبستان

جمعه ۴ اسفند ۱۳۹۶

الجمعة ٨ جمادى الثانية ١٤٣٩

Friday, February 23, 2018

Servis xəbərlərinin titri

Hövzə və universitet ustadının Şəbistanla müsahibəsi:

Axır nəfəsə qədər İmam Zamanı müdafiə etməyi müntəzirlər Həzrət Zəhradan isr aparıb

Şəbistan xəbər agentliyi: Həzrətin həyat tərzi və metodu mütənirlərə bu mesajı verir ki, vilayəti müdafiə etmək üçün ilk öncə əsas dəyərləri və əsil İslamı müdafiə etmək lazımdır. Bu işi uşağından və canından keçmək bahasına olsa da yetirə yetirməlisən.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Sunday, January 21, 2018 Xəbər kodu : 32299

İran, Rusiya və Türkiyənin Soçidə üştərəli görüşü
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi və Türkiyə xarici işlər nazirinin müavini Soçidə keçirilən üçtərəfli iclasda bir araya gələrək, Suriya böhranını müzakirə ediblər.

İran İslam Respublikası xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi və Türkiyə xarici işlər nazirinin müavini Soçidə keçirilən üçtərəfli iclasda bir araya gələrək, Suriya böhranını müzakirə ediblər.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və İranın Suriya sülh prosesindəki baş müzakirəçisi Hüseyn Cabiri Ənsari, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev və Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünal 29-30 yanvar tarixində Soçidə keçiriləcək Suriya Milli Konqresinin gündəmində duracaq məsələlər bəarədə fikir mübadiləsi aparıblar.

 

Aleksandr Lavrentiyev iclasın əvvəlində Suriya Milli Konqresinin keçirilməsi üçün görülən hazırlıq işləri barədə digər tərəfləri məlumatlandırıb. Daha sonra İran və Türkiyənin nümayəndə heyətlərinin başçıları öz düşüncələrini paylaşıblar.

 

Soçidə Suriya Milli Konqresinin keçirilməsi ilə bağlı razılıq İran, Rusiya və Türkiyə prezidentlərinin 2017-ci il noyabr ayında Soçidə baş tutan sammitində əldə olunub.

 

İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari cümə günü bir nümayəndə heyətinin başında Rusiyaya səfər edib.

 

http://shabestan.ir/detail/News/683681

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده