خبرگزاری شبستان

سه شنبه ۱ خرداد ۱۳۹۷

الثلاثاء ٨ رمضان ١٤٣٩

Tuesday, May 22, 2018

Servis xəbərlərinin titri

Həyat insana verilən əmanətdir

Şəbistan Xəbər Agentliyi: İnsan bu məqama çatmaq üçün Allah ona əmanət kimi verdiyi həyatı, həyatı boyu dinin göstərişlərinə riayət etməklə, bu mərtəbəyə çata bilər. Bu kitabda Allah tərəfindən göndərilən qanunların əsl mahiyyəti aşılanır və onlara riayət etməklə insan öz həyatından yüksək məqamlara çatmaqda ilham ala bilər.

Servis Əsas səhifə Zaman :   Sunday, January 21, 2018 Xəbər kodu : 32296

Dini elmləri aktual edə bilməmişik
Şəbistan Xəbər Agentliyi: Qərb tərəfindən gələn düşüncələrin bir çoxu dərin və möhkəm şəkildə bizim islam dini mənbələrində zikr olunmuşdur. Lakin çox təəssüflər olsun ki, biz onları aktuallaşdıra, üzə çıxarıb cəmiyyətə təqdim edə bilməmişik.

 

İranın İsfəhan şəhər dini elmlər hövzəsinin müəllimi höccətül - islam vəl - müslimin Mehdi Məsael Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində xaricdən gələn yad düşüncələr və onların cəmiyyətə sirayəti, nəticədə insanların əxlaq və davranışlarında təsirindən danışaraq dedi: Elmi yanaşma və baxışlar Allaha inamın əsasında qurulmasa həyatın bütün sahə və səhnələrini öz təsiri və çətiri altına salacaqdır. Bu da insanın dəyişməsinə səbəb olacaqdır. Baxmayaraq ki, elm insanlıgın yaşaması və insanın bəhrələnməsi üçündür, lakin təbidir ki, elmi yanaşmada din və Allah əsas mərkəzdə dayanmasa bu öz mənfi təsirini insanın fikir və düşüncələrində göstərəcəkdir.

 

 

Hammız bilirik ki, qərbə ifrat humanizm və liberalizim cəryanları hakimdirlər. Təsəvvür edin, onların ali məktəblərində tədris edilən elmlər də bunun əsasındadır. Biz öz ali məktəblərimizdə onlar kimi, heç olmasa onların yarsı kimi yanaşma edəriksə, cəmiyyətə ötürdüyümüz fikir və çıxarışlar da nəticədə onların fikirlərinin və istəklərinin bir hissəsi olacaqdır. Sonda xalqın fikir və düşüncəsi və onun fikir mərkəzi dəyişəcəkdir. Belə bir şəraitdə biz dini mədəniyyətimizlə uzlaşan təfəkkür və düşüncələrdən uzaq düşürük. Dini və milli kimliyimizi cəmiyyətdə təsbit edə bilmirik. Lakin yaddan çıxartmayaq ki, qərb tərəfindən gələn düşüncələrin bir çoxu dərin və möhkəm şəkildə bizim islam dini mənbələrində zikr olunmuşdur. Lakin çox təəssüflər olsun ki, biz onları aktuallaşdıra, üzə çıxarıb cəmiyyətə təqdim edə bilməmişik.

 

http://shabestan.ir/detail/News/683206

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده