خبرگزاری شبستان

شنبه ۲۸ مهر ۱۳۹۷

السبت ١٠ صفر ١٤٤٠

Saturday, October 20, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, January 20, 2018 Xəbər kodu : 32290

Yağışın qarşısını alan amillər tərk edilməlidir
Şəbistan Xəbər Agentliyi: Ayətullah Rza Ustadi yağış namazında: Allahdan istəməliyik ki, bizim günahlarımızı bagışlasın. Günah və üsyanın yayıldığı bir cəmiyyətdə Allah öz bərəkətini xaldan çəkər.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu gün İranın Qum şəhərində “istisqa namazı”, yəni yagış namazı qılındı.

 

 

İranın bir çox yerlərində olduğu kimi Qum şəhərində də qış olmasına baxmayaraq kifayət qədər yağmur olmamış, qar və yağış yağmamışdı. Bu, ölkə rəsimləri və xalq kimi ruhaniləri də əndişələndirmişdir. Buna görə də rəhmət qapıların açılması və ilahi lütfün nazil olması üçün alimlərin dəvəti ilə xalq bu gün yağış namazı qıldı.

 

 

Yağış namazından qabaq çıxış edən Ayətullah Rza Ustadi dedi: Təkallahlı insanın, tövhidə iman gətirən şəxsin özəllik və spesifik xüsusiyyətləri vardır. Müvəhhid, yəni təkallahçı şəxs ona verilən və nazil olan hər bir nemətin Allah tərəfindən verildiyinə inanır.

 

 

Ölkədə quraqlıq və yağışın yağmamasına gəlməkdə isə bunun bir çox amilləri vardır. Bunlardan da biri məhkəmələrdə ədalətsiz hökmlərin çıxarılmasıdır. Yalandan şəhadət verməkdir. Zəkat ödəməməkdir. Xalqa olan borcları verməmək və sairə günahlardır.

 

 

Allahdan istəməliyik ki, bizim günahlarımızı bagışlasın. Günah və üsyanın yayıldığı bir cəmiyyətdə Allah öz bərəkətini xaldan çəkər.

 

 

Həmişə Allaha şükür etməliyik. Yaddan çıxartmamalıyıq ki, tərəzidə aldadmaq, çəkidə az vermək yalnız ticarətə aid deyildir, həyatımızın hər sahəsində aldadmaq və lazımı çəkinin (haqqı) ödəməməkdən çəkinməliyik.

 

 

Əmir be mərufu tərk etmək Allahın rəhmət yağışının kəsilməyinə səbəb olur. Bu hədislərdəd ə göstərilmişdir.

 

 

Yağış namazı qılmaqda məqsədimiz Allah tərəfinə qayıdmaqdır. Cəmiyyətdə baş verən mənfi hallar, bədlik və günah əməlləri aradan aparıb Allaha dogru qayıdış və tövbə etməliyik.

 

 

http://shabestan.ir/detail/News/683415

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده