خبرگزاری شبستان

شنبه ۲۷ مرداد ۱۳۹۷

السبت ٧ ذو الحجّة ١٤٣٩

Saturday, August 18, 2018

Servis xəbərlərinin titri

Azad insanlar Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdilər

Şəbistan xəbər agentliyi: Şirazın İmam cüməsi azad insanların Allahın Quranda bizə öyrətdiyi dərsləri həyata keçirtdiklərinə işarə edərək dedi: İran İslam İnqilabı çox böyük hədəflərlə baş verdi.

Servis Əsas səhifə Zaman :   Saturday, January 20, 2018 Xəbər kodu : 32289

Əsl ruhani vəzifə və şöhrətə vurğun olmur
Şəbistan Xəbər Agentliyi: Mübariz ruhani Əhli - beyt məktəb və təlimlərini müdafiə edər. Əhli - beytdən (ə) siyasi məqsədləri üçün və şəxsi ambiyaları naminə istifadə etməz.

 

Şəbistan Xəbər Agentliyinin müxbiri İsfahandan xəbər verir ki, bu şəhərdə mübariz ruhanilik mövzusunda konfrans keçirildi.

 

 

Konfransda Ayətullah Əhməd Xatəmi də çıxış etdi. O, mübariz ruhaninin xüsusiyyətlərini saydı və dedi ki, mübariz ruhani dini rəhbərliyi qəbul edib, dinin əsas prinsiplərinə tabe olur.

 

 

Alim çıxışında əsl ruhaninin özəlliklərini sadaladı:

 

“Mübariz ruhani vəzifəyə, məqam və posta vurğun deyildir, növbə dini məsələlər, İslam təlimlərinə çatqıda heç vaxt səhlənkarlığa yol verməz. Zamanı tam tanımaqla öz mövqeyini ortaya qoyar, cəmiyyətin müxtəlif problemlərində yerində və yetərli rol oynayar.

 

 

Mübariz ruhani Əhli - beyt məktəb və təlimlərini müdafiə edər. Əhli - beytdən (ə) siyasi məqsədləri üçün və şəxsi ambiyaları naminə istifadə etməz. O həmişə ön xətdədir, irəlidədir, aparıcı və avanqarddır. Allaha itaət və bəndəçiliyin qabağcılıdır.

 

 

Mübarizlik əsil ruhani üçün şuar deyildir. O gecə namazını, həyatın müxtəlif sahələrində yorulmadan çalışmağı özünün vəzifəsi hesab edir. Həmişə Allahın dininin xidmətində, insanlara qayğı yolundadır”.

 

 

O daha sonra əlavə etdi: Düşmənlər quruluşu devirmək üçün dəridən - qabığdan çıxdırlar. Müxtəlif planlar və hiylələr qurdular. Xalq rəngli inqilabların baş verməməsi üçün ayıq və sayıq olmalıdır. Nə qədər bu hiylələri tanısaq, bir o qədər də problemlərin öhdəsindən asanlıqla gələ bilərik.

 

 

Düşmən dini təlimlər və islam dininin dəyərlərini öz hədəfinə çevirib, xalqın məişət problemlərindən, etirazlarından süni şəkildə istifadə edir.

 

 

Onlar insanları aldatmaq üsulundan istifadə edərək iğtişaşlar və fitnə saldılar, xalq isə yürüşü ilə öz sözünü deyərək onların məkirli planlarının qarşısını aldı.

 

 

http://shabestan.ir/detail/News/683380

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده