خبرگزاری شبستان

پنج شنبه ۳ اسفند ۱۳۹۶

الخميس ٧ جمادى الثانية ١٤٣٩

Thursday, February 22, 2018

Servis xəbərlərinin titri

Həzrəti Zəhra (s) imamət və vilayətin ilk müdafiəçisi idi

Şəbistan Xəbər Agentliyi: Atası öz qızına “atasının anası” deyə xitab edərdi. Həzrəti Fatimə (s) “cənnət qadınlarının seyyidəsi və xanımı”dır. Övladları da cənnət cavanlarının sərvərləridir.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Saturday, January 20, 2018 Xəbər kodu : 32287
Elmi hövzənin ustadı
Möminlər haqq dinin hakimiyyətinə zəmin hazırlamalıdırlar
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Bəndələr və möminlər haqq dinin hakimiyyətinə zəmin hazırlamaq üçün çalışmalıdırlar. Bu da ilahi dini tanımadan mümkün deyil.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Ayətullah Mocid Qədir-xum məscidində keçirilən əxlaq dərsində məhdəviyyət barədə olan Quran ayəsinə işarə edərək dedi: Allah hidayət və haqq dini bəyan etmək üçün Öz elçisini göndərmişdir ki, Allahın dini zahir və qalib olsun. Habelə başqa dinlərə qarşı mütləq hakimiyyət əldə etsin. Allahın bu iradəsi həyata keçəcək.

O, əlavə etdi ki, Həzrət Mehdi (əc) böyük qeybətdən sonra Allahın istəyi ilə gələcək. Bu Quran ayəsi də həyata keçmiş olacaq. 

Elmi hövzənin ustadı qeyd etdi ki, Allah yer üzərində batilin qalmaması üçün Peyğəmbər (s) göndərdi. Amma hələ bu məsələ həyata keçməmişdir. Bu da  Həzrət Mehdinin (əc) vasitəsi ilə həyata keçəcək.

O, bildirdi ki, bizim vəzifəmizdir ki, qeybət dövründə Allahın dinini olduğu kimi tanıyaq. Baxmayaraq ki düşmənlər ilahi dini sapdırmağa çalışırlar. Amma doğru yol həmişə mövcud olmuşdur və mövcuddur.

O, bəyan etdi ki, varlıq aləmində baş vermiş ən böyük fəsad dinin sapdırılması və insanlar arasında ixtilaf salınmasıdır. Buna görə də hamımız birlik olmalı və böyük bir iradə ilə haqq dini yer üzərində hakim etməyə çalışmalıyıq.

Elmi hövzənin ustadı dedi: Bəndələr və möminlər haqq dinin hakimiyyətinə zəmin hazırlamaq üçün çalışmalıdırlar. Bu da ilahi dini tanımadan mümkün deyil. Özümüzdən əlavə, başqalarını da ilahi dinlə tanış etməliyik.http://www.shabestan.ir/detail/News/683390

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده