خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, January 18, 2018 Xəbər kodu : 32270

Şəhidlər imanlı yaşamağın ən böyük təzahürüdürlər
Şəbistan xəbər agentliyi: İslam mədəniyyət və İrşad nazirliyinin Quran və itrət müavini dedi: Şəhidlər imanlı yaşamağın ən böyük təzahürüdürlər. Onlar doğru inancla imanlı yaşayış arasında sülh yaradıblar.

Şəbistan xəbər agentliyinin jurnalistinin Şirazdan verdiyi xəbərə əsasən, İslam mədəniyyət və İrşad nazirliyinin Quran və itrət müavini Əbdül-Hadi Fiqhizadə (Dey ayının iyirmi yeddisində) Şiraz şəhərinin Hafiz zalında keçirilən "Qurana əməl etmiş şəhidlərin" anım mərasimində dedi: Allahla öz aralarındakı əhd-peymana vəfalı olan möminlər şəhadətin üstün dərəcəsinə nail olurlar. Bu necə də xoşbəxt bir həyatdır. O, işarə etdi ki, bəziləri də öz əhd-peymanlarında möhkəmdirlər və şəhadət intizarındadırlar. Amma iman və mədəniyyət sahəsində fəaliyyət göstəririlər. Bütün şəhidlər Quranla üns qurmuşdular. Amma bu şəhidlərdən Quran ətri daha çox hiss olunur. Şəhidlərin ailələri, övladları və məsullar da onlarla fəxr etməlidirlər.

O, bildirdi ki, Onlar yeni həyat yaratmaq üçün şəhid oldular. Gərək şəhadət və isar mədəniyyətinə dəyər verək. Şəhid ailələrini əziz tutmaq isar, iman və imanlı həyatı dəyərli bilməkdir. 

O, bu mətləbi xatırlatdı ki, Əhli-beyt (ə) məktəbində imanın iki əsası var. Biri inanc digəri isə əməldir. Biz , Əhli-beyt (ə) məktəbinin tabeçiləriyik. Şəhidlər imanlı yaşamağın ən böyük təzahürüdürlər. Onlar doğru inancla imanlı yaşayış arasında sülh yaradıblar.

O, işarə etdi ki, bizim xeyrimizlə sonlanacaq yolda addımlamalıyıq. Başqalarının və övladlarımızın yolunu da islah etməliyik. Biz danışmaqdan çox əməl etməliyik. Şəhidlərimiz öz əməlləri ilə yolu bizə göstərdilər.http://www.shabestan.ir/detail/News/683258

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده