خبرگزاری شبستان

یکشنبه ۵ خرداد ۱۳۹۸

الأحد ٢٢ رمضان ١٤٤٠

Sunday, May 26, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 15, 2018 Xəbər kodu : 32235

Zühur dönəmində qiyam edəcək Seyid Xorasani kimdir?
Zühurun bəzi əlamətləri bizə Məsumlar (ə) tərəfindən tanıdılmışdır ki, onlardan biri də Xorasaninin qiyamı olacaqdır. Bəs bu Xorasani kimdir? Onu niyə Seyyid Xorasani adlandırırlar?

Zühurun bəzi əlamətləri bizə Məsumlar (ə) tərəfindən tanıdılmışdır ki, onlardan biri də Xorasaninin qiyamı olacaqdır. Bəs bu Xorasani kimdir? Onu niyə Seyyid Xorasani adlandırırlar?

 

Hədislərin birində oxuyuruq: “Üç şeyə görə fərəcin intizarını çəkin: Şam əhli arasında münaqişə yaratmaq, Xorasandan olan qara bayraqlar, Ramazan ayında olan qorxu”.

 

Bu qara bayraqlar Xorasandan qalxacaq və Kufəyə tərəf gedəcəkdir. İmam Zaman ağa (ə.f) zühur edən zaman bir dəstəni İmamla (ə.f) beyət etmək üçün göndərəcəkdir. Bu dəstə də çox qısa bir zamanda Xorasandan Kufəyə gələcəkdir.

 

Bəs bu bayraqlar kimə aiddir? Xorasan əhlinə və ya başqa bir şəxsə?

 

İmam Baqir (ə) buyurur: “Bəni-Haşimdən olan bir cavanın sağ əlində xalı olacaqdır. Xorasandan qara ələmlərlə xaric olacaqdır, o halda ki, Şuəyb ibni Saleh qarşısında qərar tutacaqdır”. (Tebyan)

 

Bəzi hədislər bu şəxsi Həsəni kimi tanıdırlar. Çünki başqa hədisdə oxuyuruq ki, “Həsəni onlara tərəf gedəcək və sonra o bayraqları hərəkət etdirəcəkdir, o zamana qədər ki, Kufəyə daxil olacaqlar”.

 

Xülasə, Seyyid Xorasani o şəxsidr ki, Bəni-Haşim qəbiləsindən olub, Peyğəmbər (s) nəslindən sayılan Həsəni adlı bir cavan olacaqdır.

 

Hədislərin birində oxuyuruq: “Kufə şəhərindən yüz min müşrik və münafiq xaric olub, Dəməşqə gedəcəkdir. Şərq diyarından nə pambıqdan, nə kətandan və nə də ipəkdən olan əlamətsiz bayraqlar gələcəkdir ki, nizələrinin üstündə Seyyidi-əkbər (Peyğəmbər) möhürü vurulmuş olacaqdır. Onların rəhbəri Peyğəmbər (s) nəslindən olan kişidir. O bayraqlar şərqdə meydana gələcəkdir, ancaq iyi ətirli müşk kimi qərbə çatacaqdır. Bu zaman Kufədə yerə enəcəkdir. O davada anidən Yəməni və Xorasani orduları müsabiqəyə çıxan iki at kimi gəlib çatacaqlar”.

 

Başqa bir hədisdə oxuyuruq: “Bəni-filan hakimiyyətə çatacaqdır və ondan sonra təfriqəyə düçar olacaqdır, o zamana qədər ki, Xorasani şərqdən və Süfyani qərbdən onlara qiyam edəcəkdir. Hər ikisi şərt bağlamış at kimi bir-birini qabaqlayaraq, özlərini Kufəyə çatdıracaqlar. Nəticədə Bəni-filan bu ikisinin birinin əlində məhv olacaq, o cür ki, bir nəfəri belə sağ qalmayacaqdır”. Bəzi hədislərdə Bəni-filan yerində Bəni-Abbas işlənmişdir.

 

Hər bir halda Seyyid Xorasani o şəxsdir ki, Peyğəmbər (s) nəslindən olacaq və qiyam üçün qalxacaqdır. Bu şəxsin adını hədislərimiz bizə Seyyid Həsəni kimi tanıtmışdır. Ona bəzən Seyyid Xorasani də deyirlər.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده